Çirkin ördək balası cazibədar qadına necə çevrildi? - Fotolar
Bizi izləyin

Tabloid.az

Çirkin ördək balası cazibədar qadına necə çevrildi? - Fotolar

Uzun zamandır Emma Uatsonun tərzindən yazmaq, sizə bu ulduzun stil sirlərini açmaq istəyirdim.

Uzun zamandır Emma Uatsonun tərzindən yazmaq, sizə bu ulduzun stil sirlərini açmaq istəyirdim. Nəhayət bu gün xüsusilə gənc qızların bəyənərək təqib etdikləri gənc ulduzun modaya necə istiqamət verdiyindən, hansı stil qaydalarına əməl etməsindən bəhs edəcəyəm.

Emmanı demək olar ki, hamımız “Harri Potter” filmindən tanımışıq.

İlk dəfə 9 yaşında aktrisalığa başlayan ulduz gözlərimizin önündə böyüyüb desəm, səhv etmərəm. Ekrana ilk dəfə uşaq vaxtı çıxan və demək olar ki, modadan anlayışı olmayan Emmanın daha sonrakı illərdə stil ikonasına çevrilməsində “Harri Potter” filmlərinin rolu böyük olub. Təbii ki, Parisdə doğulub böyüməsi onun zərifliyinin əsas səbəbidir. Ancaq aktrisa özü də etiraf edir ki, o, “Harri Potter” sayəsində moda ilə maraqlanmağa başlayıb.

Filmdə canlandırdığı Qermion obrazını çox sevdiyini deyən aktrisanı “Harri Poter”in yeni seriyalarının çəkilməməsi çox kədərləndirib.

“Bu rola ona görə minnətdaram ki, öz stilimi tapmağa kömək edib. Film məni həyatımda heç vaxt maraqlanmadığım qədər moda ilə maraqlanmağa təhrik edib”.

“Harri Poter”in müxtəlif ölkələrdə baş tutan qalalarına Oskar de la Renta, Elie Saab və Rafael Lopez kimi məşhur modelyerlərin hazırladıqları libaslarda gələn Emma yavaş-yavaş dəb dünyasında da tanınmağa başlayır.

Rol aldığı film ona sadəcə 10 milyon sterlinq qazandırmır, həm də aktrisanın stil ikonasına çevrilməsinə təkan verir. Bu filmdən sonra sanki ona sehrli çubuq toxunur və Emma çirkin ördək balasından ağ qu quşuna çevrilir.

Belə ki, əvvəllər görkəmi ilə digər Hollivud ulıduzlarının kölgəsində qalan Emma 2009-cu ildən etibarən cazibədar və seksual bir xanım kimi qəbul edilir.

“Vogue” jurnalının üz qabığına belə çıxmağa nail olan gənc ulduz “Burberry” və “Lancome” firmaları ilə reklam müqaviləsi imzaladıqdan sonra daha da populyarlaşır.

Emma bir anda həm Hollivudun, həm də dəb dünyasının ən çox axtarılan simasına çevrilir.

2013-cü ildə “Empire” jurnalı gənc aktrisanı “Ən seksual kino ulduz” elan edir.

Hazırda ən çox “Alberta Ferretti” və “Chanel” geyimlərinə üstünlük verən Emma Uatsonun stilini tabloid.az-ın “Onların stili”ndə oxuyacaqsınız.

İlk dəfə 11 yaşında qırmızı xalı ilə tanış olan aktrisanın o illərdə geyindiklərini əlbəttə ki, tənqid edə bilmərəm. Çünki böyük ehtimalla anasının seçimləri ilə razılaşmalı olub. Ancaq o vaxtlardakı Emmaya nəzərə salanda da aydın görünür ki, bu qız həmişə yaşından böyük görünməyə çalışıb. Bu qayda indi də dəyişməyib.

23 yaşlı Emmanın stilini tapmasında rol aldığı filmin çox önəmli olduğunu vurğuladım. Ona görə də ilk öncə aktrisanın “Hari Potter”in qalalarında nümayiş etdirdiyi stilinə nəzər salmağı uyğun gördüm.

Emma Uatsonun “Harry Potter” qarderobu

“Harry Potter”in son filminin təqdimatı üçün bir çox şəhərdə olan Emma gözəlliyi ilə göz qamaşdırmışdı. Həqiqətən şıq və zərif görünən ulduzun bəzi libaslarının isə onu yaşından böyük göstərdiyini deməyimə ehtiyac yoxdur. Öncədən də qeyd etdiyim kimi olduğundan böyük görünməyə çalışmaq xəstələiyi bütün dünya ulduzlarında var. Təbii ki, bu tendensiya 30-35 yaşına kimi davam edir. Ondan sonra hamı gənc qız kimi görünməyə çalışır.

Bu gipürlü libas “Raphael Lopez” imzasını daşıyır, ayaqqabılar isə “Chanel”indir. Qısa saç, uzun sırğalar, gözəl kürək dekoltesi, uzun ayaqlarla laklı ayaqqabının bir-birini tamamladığı göz qabağındadır.

Emma bu boz rəngli, "Oscar de la Renta" imzalı paltarı Londonda geyinib. Şahzadələr kimi görünməkdən xoşu gələn Emma bu libasla istədiyi obrazı yarada bilib.

Yenə Londonda baş tutan dəvətdə iştirak edən ulduz "Elie Saab" libası ilə "Giuseppe Zanotti"nin ayaqqabılarlını kombinə edib.

“Balmain”in bu paltarı ilə “Christian Louboutin”in hündürdaban ayaqqabıları Emmada möhtəşəm görünür.

Emma filmin Nyu-Yorkda baş tutan təqdimat mərasiminə isə “Bottega Venetta”nın imzası olan qeyri-adi dizayna malik libası ilə yenə şahzadələrə oxşamağa çalışıb. Olduqca iddialı seçim edən aktrisanın makiyajı da geyimi qədər diqqətçəkicidir.

Emma qırmızı xalıda

Aktrisanı daha çox ağ, qara və qırmızı rəngli geyimlərdə görürük. Həm uzun, həm də mini paltarlar geyinməyi xoşlayır. Dekolte seçimləri isə müxtəlif olur. Bədəninin gözəlliyinə güvənən Emma gah sinə, gah kürək, gah da ayaq delkoltesi ilə diqqət çəkməyə çalışır.

Bu zaman moda qaydalarına əməl edərək eyni vaxtda bir neçə dekoltesi olan geyimlərdən uzaq durur. Çox nadir hallarda belə libaslar geyinsə də, adətən diqqətləri tək bir nöqtəyə cəmləşdirən modellərə üstünlük verir.

Mən ona maksi donları, uzun ziyafət libaslarını daha çox yaraşdırıram.

Эмма Уотсон в Oscar de la Renta, премьера фильма

Amma Emma gipürlü, naxışlı qısa paltarları daha çox sevir.

Aktrisanın qırmızı xalıya şalvar kombini ilə gəlməsi də diqqətimi çəkdi.

Qırmızı ilə qara rəngi bir araya gətirdiyi bu şalvar kombini isə daha çox xoşuma gəldi.

Emmanın makiyajı da gənc qızların diqqət mərkəzindədir.

Onun uzun qaşları üzünə təbiilik bəxş edir. Gözlərinə qara, gümüş kimi klassik rənglərdə olan göz kölgələri ilə rəng verən aktrisa dodaq makiyajında isə daha cəsarətli addımlar atır.

Gənc ulduz qırmızı, narıncı, zoğalı kimi dodaq boyalarına üstünlük verir. Ancaq geyiminə uyğun olaraq bəzən bej çalarlarda da dodaq boyaları çəkir.

Emma saç stilini tez-tez dəyişdirsə də özünə qısa saçı daha çox yaraşdırdığını düşünürəm. Çünki saçlarını uzun saxlasa belə, dəvətlərdə iştirak etdikdə onları toplayır. Onu nadir hallarda saçını açıq saxlamış halda görə bilirik.

Müxtəlif saç rənglərini sınaqdan keçirən Emma nəhayət özünə yaraşanın qəhvəyi çalarlarının olduğunu anlayıb. Mən də ona sarı rəngin çalarlarını yaraşdırmırdım. Çox sönük görünürdü. Qəhvəyi rəng saçlar isə ona həqiqətən də yaraşıb.

Özünəməxsus tərzi ilə həmişə diqqət mərkəzində olan gözəl aktrisa aksessuarları ilə də dəb tendensiyası yaradır.

Sırğalarını təkcə bir qulağına taxan gözəlçə bu üslubunu trendə çevirməyi bacarıb.

Aktrisalıq bacarığı qədər stili ilə də heyranlıq yaradan gənc ulduz adətən sadə, amma şıq seçimləri ilə yadda qalır.

Tərzini sadə amma diqqət cəlb edən aksessuarlarla vurğulayan Emma sırğaları daha çox sevir.

tabloid.az

24 yaşlı aktrisa son vaxtlar tək qulağa taxılan sırğaları ilə gündəmdədir. Bu tərz həm gündəlik həyatda, həm də qırmızı xalı gecələrində Emmanın vaz keçilməzi olub desək, yanılmarıq.

Emma Paris moda həftəsində də geyimi və aksessuar seçimi ilə digər Hollivud ulduzlarından fərqləndiyini sübut edib.

Bu yaxınlarda Parisdəki “Valentino Haute Couture” dəfiləsini izləməyə gələn ulduz qara gipürlü geyimi və dəri pencək kombini ilə diqqəti özünə çəkməyi bacarmışdı.

Dəri pencəklə inci sırğanı kombinə etmək ancaq Emmanın ağlına gələ bilərdi. Bu kombini ilə o, çılğın amma sadə stilini nümayiş etdirib.

Parisdə baş tutan “Giambattista Valli” dəfiləsini izləməyən gələn Emma yenə tərzi ilə moda dizaynerlərindən müsbət rəylər almışdı.

Sadə, qara rəngli paltarını zəncirli sırğaları ilə tamamlayan aktrisa sadə şıqlığın əsl təcəssümünə çevrilib.

Emmanın inci və brilyant sırğalara qarşı həssas olduğu görünür.

Ulduz daha çox belə sılrğalara üstünlük verir. Rəngli və sadəlikdən uzaq aksessuarları isə sevmir.

“Golden Globe” mükafat mərasimində geyimi ilə hamını təəccübləndirən aktrisa şalvar, kürəyi açıq qeyri-adi üst geyimi ilə “Dior”un məşhur inci sırğalarını kombinə etmişdi.

Sonuncu dəfə “Noah” filminin qalasında görüntülənən gözəl aktrisa bu dəfə qulağını başdan aşağı örtən zərif brilyant sırğası ilə diqqət çəkmişdi.

emma watson trend belirleyen aksesuar kupe manset mkl

Beləliklə, Emma Vatsondan ilham alaraq son günlərin ən trend dəb tendensiyasını - sırğanı tək qulağa taxmaq olduğunu deyə bilərik. Siz də stilinizə zəriflik qatmaq istəyirsinizsə, inci və brilyant sırğa və boyunbağılarla bunu həyata keçirə bilərsiniz.

Qırmızı xalıda şıqlığı ilə hamını özünə valeh edən gənc aktrisanın küçə stili də şıq hesab edilə bilər. Düzdür Emmanın küçə stili daha çox rahatlıq üzərində qurulub. Amma yenə də doğru kombinlərlə olduqca gözəl görünməyi bacarır.

Qışda qalın, yun sviterlər, vodolazkalar, qara rəngli parça pencəklər, qısa dəri pencəklər, əsasən də trençkotlar onun küçə stilinin əsasını təşkil edir.

Ən sevdiyi qış aksessuarları isə şərflərdir. Uzun şərfləri ilə həm özünü soyuqdan qoruyur, həm də stilinə şıqlıq qatır.

Yaz və yay aylarında isə gündəlik həyatda qısa şortlar, mini donlar, şalvarlar, köynəklər, kiçik çantalar və altı düz rahat ayaqqabılar onun seçimləri arasında olur.

Emmanın populyarlığı onun bir çox məşhur jurnalın üz qabığına çıxmasına da şərait yaradıb.

Siz də öz şıqlığınızla fərqlənmək istəyirsinizsə, gənc aktrisanın stilindən ilham ala bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm