• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Monika Belluçi gənc gözəlləri kölgədə qoydu – Fotolar

Monika Belluçi gənc gözəlləri kölgədə qoydu – Fotolar

Londonda növbəti “Ceyms Bond” filminin təqdimat mərasimi keçirilib. Mərasimə filmdə də rol alan bir çox dünya ulduzları gəliblər. Ceyms Bond obrazını canlandıran xarizmatik aktyor Deniel Kreyq, məşhur aktyorlar Reyf Fayns, Kristof Valtsla yanaşı cazibədar aktrisalar Naomi Harris və Lea Seydu da gecədə iştirak edənlər arasında olublar.

Filmin prodüseri “Ən isti rəng mavidir” adlı lezbiyanların həyat hekayəsindən bəhs edən filmlə məşhurlaşan aktrisa Lea Seydunun da “Ceyms Bond” da rol alacağını deyəndə onsuz da hamını təəccübləndirmişdi. Ancaq filmin təqdimatında cazibədar aktrisa Monika Belluçini görənlər əsl şok yaşayıblar. Aktrisanın hansı rolu canlandırdığını açıqlamayan prodüser “Ceyms Bond” pərəstişkarlarına sürpriz etmək istədiyini deyib.

Qeyd edək ki, gözəlliyi və enerjisi ilə tədbirdə iştirak edən və gənc həmkarlarını belə kölgədə qoyan Monika Belluçi naxışlı donu ilə olduqca füsünkar görünüb. İllər keçdikcə daha da cavanlaşan aktrisa sadə makiyajı, açıq saxladığı saçları və səmimi təbəssümü ilə gecəyə damğa vurub.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR