• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qışda sağlamlığımızı bu qidalara əmanət etməliyik

Qışda sağlamlığımızı bu qidalara əmanət etməliyik

Qış aylarında orqanizm zəifləyir və bu xəstəliklərə daha tez yoluxmağımıza şərait yaradır. Ancaq bəzi qidalar bu mövsümdə köməyimizə gəlir və qış aylarında sağlamlığımızın qayğısına qalırlar. Tabloid.az qış aylarında gündəlik menyumuzda mütləq yer almalı olan qidaları təqdim edir:

Şabalıd

Şabalıdı həm müxtəlif yeməklərə əlavə etmək mümkündür, həm də sadəcə suda bişirərək və ya qovuraraq yemək olur. Bir çox faydası olan şabalıdı gündə 3-4 ədədən artıq yeməsəniz yaxşı olar. Çünki 3 ədəd şabalıdın kalorisi 1 dilim çörəyi əvəz edir. Tərkibində yağ az olsa da, kalorisi olduqca yüksəkdir.

Yeralması

Lif, B1 və B6, C vitaminləri ilə zəngin olan yeralması kartof kimi yerin altında bitir. Elə dadı da kartofu xatırladır. Xüsusilə klimaks dövründə olan qadınların bu tərəvəzdən bol-bol yemələri məsləhət görülür. Qan təzyiqini tənzimləyir, qansızlıqdan əziyyət çəkənlər həftədə ən az iki dəfə yeralması yeməlidirlər. Ana südünün keyfiyyətini və miqdarını artıran yeralması müntəzəm yeyildikdə böyrəklərin fəaliyyətini gücləndirir. 100 qram yeralması 75 kaloridir. Yəni ideal çəkisini qorumaq istəyənlər də bu tərəvəzdən rahatlıqla istifadə edə bilərlər.

Brokkoli

İmmunitet sistemini gücləndirir, sümüklərin daha möhkəm olmasını təmin edir. Brokkolidən şorba, salat, bir sözlə müxtəlif növ təamlar hazırlamaq mümkündür.

Kələm

Bədəndəki toksinlərin atılmasını təmin edir. Kalorisi azdır, pəhriz saxlayanlar da istifadə edə bilərlər. Çoxlu miqdarda C vitamini ehtiva edir. Bağırsaq xərçəngindən qoruyur. Qış aylarında bol-bol kələm yeyərək bütün xəstəliklərdən qoruna bilərsiniz.

Gülkələm

Orqanizmi infeksiyalardan qoruyur. Tərkibində antibakterial maddələr var. Xronikləşmiş sidik yolu infeksiyalarını aradan qaldırır. Tərkibindəki fosfor sayəsində sümüklərin möhkəmlənməsini təmin edir. Vitamin və minerallar baxımından olduqca zəngindir. Bağırsaqların işini asanlaşdırır. Tərkibindəki A, C, B1 və B2 vitaminləri xolesterolun aşağı salınmasına kömək edir.

İspanaq

Tərkibində bol miqdarda A və C vitaminləri var. Soyuqlamaya və qripə qarşı təsirlidir. Mədə, qaraciyərin sağlamlığı üçün çox faydalıdır. Dəmir, maqnezium, fosfor, yod kimi maddələr ehtiva etdiyi üçün qanı artırır. İspanağın suyu ürək əzlələrini gücləndirir. Çiy şəkildə yeyildikdə orqanizmin gündəlik lif ehtyacını qarşılayır. Alzaymer xəstəliyinə və ağciyər xərçənginə yaxalanma riskini azaldır.

Yerkökü

Tərkibində bol miqdarda A vitamin var. Bədəni qüvvətləndirir. Ürəyin və gözlərin sağlamlığına müsbət təsir edir. Astma, bronxit kimi tənəffüs yolları xəstəliklərinə və öskürəyə qarşı təsirlidir. Xərçəngdən qoruyur. Orqanizmdəki zərərli maddələrin atılmasına kömək edir. Qanı təmizləyir. Sidik və qazqovucudur. Romatizma xəstələri üçün ən faydalı qidalardan biri hesab olunur.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR