Üz quruluşunuz seks həyatınızdan xəbər verir
Bizi izləyin

Tabloid.az

Üz quruluşunuz seks həyatınızdan xəbər verir

Alimlər iddia edirlər ki, insanın üz cizgilərinə əsasən, onun seks həyatının detallarını bilmək mümkündür.

Alimlər iddia edirlər ki, insanın üz cizgilərinə əsasən, onun seks həyatının detallarını bilmək mümkündür. Belə ki, üz quruluşunuzun, burnunuzun, dodağınızın və digər orqanlarınızın forması sizin seksdə nələrdən zövq aldığınızı ortaya çıxarır. Belə bir deyim var ki, “Gözlər ruhun aynasıdır”. Tədqiqatçılar iddia edirlər ki, üz də bizim cinsəl həyatımızı əks etdirən aynadır.

Tabloid.az xəbər verir ki, araşdırmaçılar bunu sübut etmək üçün çinlilərin 3000 ildir ki, tətbiq etdikləri “Sianq Mien” adlı üz cizgilərini oxumaq sənətinə müraciət edirlər. Beləliklə, orqanların formasına görə, istənilən insanın seks həyatının detallarını öyrənə bilərsiniz.

Qaşlar

"Sianq Mien" üz oxuma sənətinə görə, qaşların təbii halı nəzərə alınmalıdır. Əgər qaşlarınız nazik və seyrəkdirsə, bu seksə düşkün olduğunuzu göstərir. Orqazm ola bilmək sizin üçün ən böyük hobbidir. Ancaq qaşlarınız qalındırsa, deməli seks sizin üçün o qədər də önəmli deyil. Siz sakit və hüzurlu bir həyat arzusundasınız.

Gözlər

Gözləriniz yaşıl və ya mavi rəngdədirsə, deməli, siz cinsi həyata çox önəm verirsiniz. Cinsi əlaqə zamanı çox zövq alırsınız. Seksdə yeniliklər kəşf etməyə və fərqli tərzləri sinaqdan keçirməyə açıqsınız. Yataq otağı sizin üçün ən həyəcanlı macəraların yaşandığı yerdir.

Tünd göz rənglərinə sahib olanlar isə çox şəhvətli və ehtiraslı olurlar. Partnyorlarınıza unudulmayacaq dəqiqələr yaşatmaq sizin üçün elə də çətin deyil.

Burun

Dikburun romantik, zərif və şəfqətli bir insan olduğunuzu göstərir. Bu seksdə də özünü göstərir. Belə ki, siz seksdə yeni partnyora alışmaqda çətinlik çəkirsiniz. Sevişdiyiniz insana tez bağlanırsınız. Seks pozaları da sizin üçün dəyişməz qalır. Yenilikləri sınaqdan keçirməyi düşünmürsünüz.

Yastı və böyük buruna sahib olanlar isə erotik hekayələr dinləməyi çox sevirlər. Ehtiraslı olsalar da, özlərini idarə etməyi bacarırlar. Performansları ilə partnyorlarını razı salmaq onlar üçün adi haldır.

Qırışıqlıqlar

Gözün bitiş nöqtəsində qaz ayağını xatırladan qırışınız varsa, deməli siz həmişə sevişməyə hazır olan insansınız. Sizin üçün sekslə məşğul olmağın vaxtı yoxdur. Gülümsəyəndə dodaq kənarlarında diqqətçəkən qırışlar varsa, deməli, çox ehtiraslısınız. Ancaq sekslə məşğul olduğunuz hər insana bağlanmırsınız. Münasibətlərdə məntiqiniz ehtirasınızı nəzarət altına alır.

Ağız və dodaqlar

Ağzınız və dodaqlarınız iridirsə, deməli yataqda həzz almaqdan çox, zövq verməyə üstünülk veririsiniz.

Kiçik ağızlılar və nazik dodaqlılar isə ön sevişmə ilə məşğul olmağı sevmirlər. Onlar tez bir zamanda məqsədə - orqazma çatmağı xoşlayırlar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm