Musa efirdə Təranəyə hücum etdi-VİDEO
Bizi izləyin

Tabloid.az

Musa efirdə Təranəyə hücum etdi-VİDEO

Space TV-də yayımlanan “Günaydın” verilişində qalmaqal baş verib.

Publika.Az-ın məlumatına görə efir zamanı Musa Musayev və Təranə Qumralla birgə prodüser Təranə Səmədova da qonaq olub. Əxlaq mövzusunda müzakirə zamanı cütlük verilişin aparıcısı Vüsalə Kərimovanı sıxışdırmağa başlayıblar. Bu məsələnin bağlandığını qeyd edən cütlüyün cavabını prodüser Təranə verib. Haqsızlığa dözmədiyini qeyd edən Təranə cütlüyü sərt tənqid edib. Əsəblərinə hakim olmayan Musa Musayev prodüserə hücum çəkib, söyüşlər havada uçuşub. Təranə həyat yoldaşı Musanı sakitləşdirməyə çalışıb. Efiri tərk etməyə çalışan Musa Musayev masaya təpik vuraraq masanı və stəkanları sındırıb. Təranə Qumral isə yoldaşının psixoloji problemlərinin olduğunu qeyd edib. Prodüser Təranə Səmədova məsələ ilə bağlı belə söyləyir:

“Psixologiyasında problemi olan bir insan efirə buraxılmamalıdır. Gənclər bu insanlardan necə örnək götürsün? Bu adam çıxıb efirdə “arvadımı kişiylə tutdum” deyəcəksə, mənim uşağım bu adamlara niyə baxmalıdır? Mənə deyir ki, birinci qalmaqallarla səni tanımışam. Qalmaqalla məni gündəmə gətirən insanların üzərindən xətt çəkmişəm. Əgər onun üçün problemdirsə, onda niyə barışırdız? Öldüm gülməkdən...”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm