• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Arqan yağı həqiqətən də möcüzələr yaradırmı?

Arqan yağı həqiqətən də möcüzələr yaradırmı?

Saç baxımı dedikdə son illərdə ağla ilk olaraq arqan yağı gəlir. Lakin arqan yağı təkcə saç baxımında istifadə olunmur. Arqan yağından bir çox xəstəliyin müalicəsində də istifadə olunur.

Arqan yağı - Marokkoda yetişən "arqania spinosa" adlı ağacın fındıq böyüklüyündə meyvələrindən əldə edilən bitki mənşəli yağıdır. Arqan yağının tərkibindən faydalı yağ turşuları var.

E vitamini, fenol, karoten, skualen və digər kompotentlərdən ibarətdir. 2007-ci ildə ABŞ-da arqan yağından ancaq 2 məhsul satışa buruxaldığı halda, 2010-cu ildə bu rəqəm 100-ü keçir. Bu məhsulların bəzilərində antioksidant təsiri artırmaq üçün nar tumunun yağı da əlavə olunub. Marokko 2020-ci illərdə arqan yağının 4000 tona qədər qaldırmağı düşünür. Yaşlanmaya qarşı güclü mabarizə aparan arqan yağı bu təsirini tərkibindəki E vitamininə borcludur. Arqan yağının tərkibində 70,2 mg E vitamini, palma yağı 25,6 mg, zeytun yağı i7,1 mg-dir. Argan yağından yemək hazırlayanda da istifadə etmək olar. Arqan meyvəsinin qanda xolesterolu normaya saldığı, ürək-damar xəstəlikləri və xərçəng riskini azaltdığı düşünülür.

Saçları nəmləndirmək və parlaqlıq qazandırmaq üçün də istifadə olunur.

Arqan yağı təkcə saç baxımında istifadə olunmur!

• Qanda xolesterolu və triqliserid səviyyəsini aşağı salar.

• Ürək damar xəstəliklərini və xərçəng riskini azaldır.

• Revmatik ağrıların aradan qaldırılmasını təmin edir.

• Hamiləlikdə qarın çatlaqlarını aradan qaldırır.

• Sinə sallanmasının və boyun qırışıqlıqlarını aradan qaldırmağa kömək edir.

• Sədəf, ekzema kimi dəridə qızartı, qabıqlanma və qaşıntı kimi dəri xəstəliklərində nəmləndirici və sakitləşdirici olaraq istifadə olunur.

• Yaraların sürətli yaxşılaşmasında əhəmiyyətli yağdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR