Azərbaycanlı dizayner fransızların marağına səbəb olub
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı dizayner fransızların marağına səbəb olub

Dekabrın 6-da dünyada modalar şəhəri kimi məşhur olan Parisin möhtəşəm “George Y” hotelinin “Vandom“ salonunda şərq geyim modalarının festivalı keçirilib. Tədbirdə ölkəmizi tanınmış modelyer Fəxriyyə Xələfova təmsil edib.

Dekabrın 6-da dünyada modalar şəhəri kimi məşhur olan Parisin möhtəşəm “George Y” hotelinin “Vandom“ salonunda şərq geyim modalarının festivalı keçirilib. Tədbirdə ölkəmizi tanınmış modelyer Fəxriyyə Xələfova təmsil edib.

AzərTAc-a müsahibəsində festival haqqında məlumat verən F.Xələfova deyib: “ Mən bu il artıq ikinci dəfədir ki, Parisdə öz yeni kolleksiyamı nümayiş etdirirəm. Birinci dəfə “LABO etnik “ modalar festivalına qatılmışdım. Bu beynəlxalq festivalda etnik elementlərlə zəngin kolleksiyalar nümayiş olunurdu. Elə həmin vaxt bu günkü tədbirə dəvət aldım.

“Oriental Fashion Shou“, adından da göründüyü kimi, şərq üslibunda hazırlanan modaların təbliği məqsədilə daşıyan festivaldır. Mərakeşli həmkarlarım çox maraqlı kolleksiyalar təqdim etdilər. Ümumilkdə, festivalın ab-havası xoş təsir bağışlayırdı. Buna səbəb bütün kolleksiyaların zənginliyi və gözəl parçalardan hazırlanması idi.
Festivalda mənim on kolleksiyam nümayiş olundu. Onların əsas qayəsini Azərbaycanın geyim mədəniyyətini, milli geyimlərimizin səciyyəvi elementlərini, dekorativ tikmə növlərini fransız tamaşaçılarına göstərmək təşkil edirdi.

Festivalda nümayiş olunan kolleksiyalarım vasitəsilə əl işindən, ipək parçalardan, buta naxışlardan hazırlanmış geyimlər təqdim etdim. Onların bir çoxu həm tamaşaçıların, həm də mətbuatın marağına səbəb oldu. Nümayişdən sonra mənə ünvanlanan çoxsaylı suallar bu maraqdan xəbər verirdi.
Eyni zamnda, tamaşaçılar Azərbaycana xas milli geyim üslubunun Şərq ölkələrinin milli geyimlərindən nə ilə fərqləndiyini bilmək istəyirdilər. Mən onlara bu fərqi izah etdim. Belə ki, Azərbaycan milli geyimlərinin özünəməxsus, təkrarolunmaz elementləri var və heç bir Şərq ölkəsinin geyimləri ilə istər görünüş, istərsə də məzmun baxımından üst-üstə düşmür. Mən kolleksiyalarımda hər zaman Avropa üslubu ilə milli üslubu sintez şəkildə təqdim etməyə çalışıram. Ona görə də hazırladığım geyimlər çox dəbdəbəli görünür”.
Belə möhtəşəm tədbirdə iştirak etməsini çox əlamətdar hadisə kimi dəyərləndirən söhbətini belə tamamladı: Mənə Azərbaycanı, onun geyim mədəniyyətini fransızlara yaxından tanıtmaq səadəti nəsib olduğuna görə sevinir və qürur hissi keçirirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm