• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Roza Zərgərli:“Məni xoşbəxt edən həm sevgidir, həm də pul”

Roza Zərgərli:“Məni xoşbəxt edən həm sevgidir, həm də pul”

Səhnəmizin ən çalışqan müğənnilərindən biri Roza Zərgərlidir. Bu il ərzində o, ard-arda bir neçə beynəlxalq layihələr həyata keçirib. Belə ki, müğənni Özbəkistanın “Ückuduk”, Türkiyənin “Pankart” qrupları ilə layihələr həyata keçirməklə yanaşı, 2 teleserialda aktisalıq edib. Yeni mahnılar və kliplər çəkdirmək azmış kimi daha bir ağır yükün altına girməyə özündə güc tapıb. O, hər şənbə “Bakı vaxtı ilə” verilişinin layihə rəhbəri olmaqla teleməkanda özünü aparıcı kimi də sınadı. Bu qədər işin öhdəsindən gəlmək heç də asan deyil. Nəzərə alsaq ki, Roza xanım üstəlik, ailəlidir və 3 uşağı var.

Tabloid.az Roza xanımla maraqlı müsahibəni təqdim edir.

- Roza xanım, tamaşaçı Sizi müğənni kimi tanıyıb. Amma hazırda həm də aparıcılıq edirsiniz. Sizcə hansı çətindir?

- Aparıcı və müğənni olmaq çox çətindir. Hər iki sənət özünə qarşı böyük diqqət tələb edir. Elə böyük çətinliklər yoxdur. Amma ilk çəkilişlərdə sərbəst ola bilmirdim. Getdikcə isə çox rahatdır. Sanki balıq öz suyunda üzür.

- Çətinlik nədə idi?

- Ən böyük çətinliyim nitqimdə idi. Müsahibə verərkən hər dəfə komplimetlər eşidərdim ki, gözəl danışıq qabiliyyətim var, danışığımda qüsur yoxdur. Amma artıq aparıcı kimi özümü sınayanda ədəbi dildə özümü ifadə edə bilmədiymi dəqiqləşdirdim. Axsayırdım. Gərək daha çox kitab oxuyum. Orfoqrafiya orfoepiya qaydalarına riayət etmədiyimin fərqinə vardım. Şükür Allaha artıq hər şey öz yoluna düşür. Əslində problem rus dilli olmağımdan irəli gəlir.

- İxtisasca rejissorsunuz. Sizcə bu sahədə nə qədər uğur əldə etmisiniz?

- Artıq bu sahədə də uğur əldə etmişəm. Nəinki təkcə özümə, həmçinin, sənət dostlarıma da kliplər çəkmişəm. Ümumilikdə 6 klipin rejissoruyam. Bir sənədli filmin rejissoru olmuşam. Fransada UNESCO-nun dəstəyi ilə keçirilən müsabiqədə həmin film birinci yerə layiq görülüb. Filmin mövzusu Qarabağ hadisələrindən bəhs edir. İnşallah, “Bakı vaxtı ilə” layihəsi tam olaraq öz qaydasına düşdükdən sonra bədii film çəkəcəyəm. Onu da qeyd edim, “Bakı vaxtı ilə” layihəsi bir mövsüm deyil, bir neçə mövsum davam edəcək.

- Roza xanım, iradəetməni yaxşı bacarırsınız?

- Bəli, amma çox zəif idarəçiyəm. Çünki daha çox ürəyimlə hərəkət edirəm. Belə olan halda tabeliyimdəki adamlar otururlar çiynimdə və ayaqlarını çiynimdən sallayırlar. Ümumiyyətlə, işini bilən, işinə pərəstiş edən insan olduqda isə onları idarə etmək çox asandır. Belə insanlarla fikir mübadiləsi belə xoşdur. Onlar ən azında etirazını əsaslandırmağı bacarır. Fikirləri məntiqə əsaslanırsa, mən rəhbər olsam da, işçimin fikri ilə razılaşıram. Məntiqsiz fikri isə qəbul etmirəm.

- Ailədə idarəedici kimdir?

- Ailədə kim kimin üzünü görür ki, idarə də etsin (gülür). Yarı idarəetmə məndədir, yarısı həyat yoldaşımda. Maliyyə məsələlərini həyat yoldaşım idarə edir.

- Sizcə Azərbaycan şou-biznesini idarəedən var?

- Şou-biznes yiyəsizdir. Onu idarəedən yoxdur (gülür).

- Sevgidə xarici görünüş Roza Zərgərli üçün nə dərəcədə əhəmiyyətlidir?

- Əgər artıq sevirsənsə, bu, həm daşıyır, həm də yox. Daşıyır o zaman ki, sən cəmiyyət arasındasan və yanındakı insanı hər kəs görür. Təkəmsə ümumiyyətlə, əhəmiyyəti yoxdur. Pijamada da yanımda otura bilər. Normaldır...

- Roza Zərgərlinin ürəyini fəth etmək üçün nə etmək gərəkdir?

- Zəka, ağıl və dəqiqlik. Dəqiqlik... Dedisə etməlidir!

- Roza xanım, Sizi ən çox xoşbəxt edən nədir? Sevgi yoxsa pul?

- Məni ən çox xoşbəxt edən həm sevgidir, həm də pul. Mən kiməsə kömək edəndə, yardım edəndə çox xoşbəxt oluram. Mən etdiyim köməkdən həzz alıram. Düzdür, çoxu bunu başa düşmür. Pulsuz sən heç kimə lazım deyilsən. Bu, faktdır. Cibin boşdursa ağlına, zəkana, gözəlliyinə heç kim baxmayacaq. XXI əsrdən puluna görə qarşılayırlar, ağlına görə isə istəyirlər yola salsınlar, amma yenə də əsas pula baxırlar.

- Roza xanım, qısqancsınız?

- Çox qısqancam. Amma büruzə vermirəm, ürəyimdə saxlayıram. Amma əvəzini qısqandırmaqla çıxıram. Qısqanclıq insanda özünə inamsızlıqdır. Soyuq hava üz dərimə pis təsir edibsə, saç rəngim solub, dırnaqlarımın maniküründən 3 gün keçibsə özümə qarşı inamsızlıq yaranır. Belə olduqda çox qısqanc oluram. Hətta itimi uşaqlarıma qısqanıram.

- Uğrunda fədakarlıq etdiyiniz insanlardan qarşılığını ala bilirsiniz?

- Yox, uğrunda can yandırdığım insanlar kürəyimi çevirən kimi zərbə endirirlər. Çox insanlara yaxşılıq edirəm. Ən böyük səhvim insanlara dərhal özümü açmağımdır. Onlar üçün bütün yaxşılıqları etməyə çalışıram. O an anlamıram ki, mən Allah deyiləm. Sonra dərk edirəm ki, Allah onlara nə yazıbsa elə həmin həyatı da yaşamalıdırlar. Ondan artığını bəndə edəndə, Allah başa salır ki, ay bəndə get otur işinlə məşğul ol. Mənim işimə qarışma. Kim bu həyatda nə haqq edibsə, onu da yeyir.

- Müğənnilərin sevdiyi iş istirahətdir, əyləncədir. Bəs Roza xanımın sevdiyi iş hansıdır?

- İşdir. Əgər iş kollektivimlə hər şey yağ kimi gedirsə və onun bəhrəsini görəcəyəmsə, bax bu mənim üçün istirahətdir. Amma işlərim düz gətirməyəndə tək qalmaq istəyirəm və Gülüstan Əliyevanın “Köçüm gərək bu şəhərdən” mahnısına qulaq asmağı sevirəm. Amma bu, tez-tez baş vermir.

- İstənilən işin sonu yorğunçuluqdur. Gücünüzü necə bərpa edirsiniz?

- Heç necə... Sadəcə bilirəm ki, bir gün hardasa qırılıb dayanacaq. Tamaşaçıya müğənni olmaq asan görünür. Deyirlər ki, nə veclərinə mikrofonu əlinə alıb oxuyur. İnanın ki, seçdiyim yeni mahnılarla məşğul olmağa belə vaxtım yoxdur. Gücümü bərpa etmək üçün heç nə yoxdur. Sadəcə çay dəsgahı və bir film az-çox stimul verir.

- Hamı deyir Roza Zərgərlinin cibi “paçka-paçka” pullardır. Düzdür?

- Hə, dolmuşdur elə. Yox, elə şey yoxdur. Məni tanımayan insanlar özündən razı, yekəxana kimi düşünə bilər. Mənim pulum isə çox deyil. Bunu da göz qaytarmaq üçün demirəm. Normal insanın gündəlik xərci nə qədərdirsə, mənim cibimdə ondan artıq pul olmur. Mənim çətin və asan günlərim olur. Pullu müğənnilərimiz və iş adamlarımız isə çoxdur.

- Sizcə kişi yoxsa qadın tamaşaçılar Sizə daha meyllidir?

- Çox maraqlıdır. Mən hər zaman düşünürdüm ki, kişilər. Amma 50/50-dir. Yazılan məktublardan, şərhlərdən bunu görürəm. Hətta bəzilərinin profilinə girib baxıram ki, görüm bu kişidir yoxsa qadındır. Ən sevindirici hal isə məni uşaqların sevməsidir. Onları aldatmaq mümkün deyil. Deməli nə isə görürlər ki, sevirlər.

- Nəyə üsyan edirsiniz?

- Düzgün olmayan fikrə qarşı üsyan edirəm, bar-bar bağırıram. Hər insanın ağzında çıxan kəlməni onun işlətdiyi fikir kimi qəbul etsinlər. Onu istədikləri kimi yozmasınlar. Hər bir beyin təkrarolunmazdır. Onu yozub dava çıxartmaq lazım deyil...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR