Yaxalığı və içi pambıq olan gödəkcə dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Yaxalığı və içi pambıq olan gödəkcə dəbi - Fotolar

Yaxalığı və içi pambıq olan gödəkcə dəbi

Dizaynerlər qış dəbinə aid bir-birindən gözəl o qədər üst geyimləri təklif edirlər ki, havanın soyuq olması şəxsən mənim əhvalıma təsir göstərmir. Ümid edirəm ki, qış problemləri sizin əhvalınızı korlamır. Üstəlik, dəbli və zövqlü görünmək barəsində iddialı xanımsınızsa, soyuq havalar sizin möhtəşəm tərzinizə əngəl olmamalıdır.

Qışın üst geyimlərində seçimlər o qədər çoxdur ki, hansını seçəcəyini bilmirsən... Bunlardan biri də yaxalığı və içi pambıq və tüklü gödəkcələrdir. Bu mövsüm yaxalığı və içi pambıq, tüklü gödəkcələr çox dəbdədir. Hava nə qədər soyuq və sərt olsa da, pambıqlı yumşaq paltolar canınızı çox isti saxlayacaq, eyni zamanda çox şıq göstərəcək. Onları görən kimi geyinmək istəyirsən...

Tabloid.az "shearling" palto və gödəkcə dəbinə aid bir neçə nümunə seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm