Hollivud ulduzuna biganə yanaşan telekanal tənqid edildi
Bizi izləyin

Tabloid.az

Hollivud ulduzuna biganə yanaşan telekanal tənqid edildi

Ana xəbər aparıcısı bir sual verərək qonaqla sağollaşıb.

Amerika film sənayesinin ən məşhur aktyorlarından biri, “Oskar”, “Qızıl Qlobus”, “BAFTA” mükafatlı 50 yaşlı Rassel Krounun yeni filmi üçün Türkiyəyə gəlməsi dünya mediasının diqqət mərkəzindədir. Ötən gün isə diqqət Kanal D-də olub. Belə ki, dünya şöhrətli aktyorun studiyaya gec gəlişi biabırçı vəziyyətlə yekunlaşıb. Ana xəbər aparıcısı bir sual verərək qonaqla sağollaşıb. Müsahibəni uzatmamasının səbəbi isə “Arka sokaklar” serialının vaxtının olması imiş...

Bu vəziyyəti digər Türkiyə kanalı - “Beyaz” telekanalı məsxərə obyektinə çevirib. Onlar hansısa bir seriala görə dünya şöhrətli ulduzla belə davranılmaz, o, bir də nə vaxt Türkiyəyə gələcək mövzusunda polemika aparıblar. Gələn nəticə isə o olub ki, seriallar Türkiyə televiziyasını uçuruma aparır.

Tabloid.az həmin videonu təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm