Beyons “Qremmi”də rekord qırdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Beyons “Qremmi”də rekord qırdı - Fotolar

Beyons adı “Qremmi” tarixində ən çox nominasiyada adı irəli sürülmüş müğənnidir.

Beyons adı “Qremmi” tarixində ən çox nominasiyada adı irəli sürülmüş müğənnidir. 33 yaşlı Beyons karyerası müddətində bir sıra başgicəlləndirici uğurlar əldə etməyi bacarıb. Müğənni musiqi sənayesinin ən varlı qadınıdır. Təkcə son ildə pop ulduz 115 milyon dollar qazanıb.

Bu il müsabiqənin münsiflər heyəti pop ulduzu 5 kateqoriyada yarışmağa layiq görərək, Beyonsu müsabiqənin tarixində nominasiyalarda adı ən çox irəli sürülmüş şəxs elan edib. İndiyədək Beyons 47 nominasiya üzrə yarışıb. Özünün ilk mükafatını isə müğənni “Destiny’s Child” qrupunun tərkibində olarkən, 19 yaşında əldə edib.

Beləliklə, pop ulduz reytinq cədvəlində ilk pillədə olan kanrti ifaçı Dolli Partonu ötərək lider olub.

Tabloid.az cazibədar ifaçının fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm