Burun axıntısı hansı xəstəliyin əlamətidir?
Bizi izləyin

Tabloid.az

Burun axıntısı hansı xəstəliyin əlamətidir?

Burun axıntısı qış aylarında bizə ən çox əziyyət verən problemlərdən biridir

Burun axıntısı qış aylarında bizə ən çox əziyyət verən problemlərdən biridir. Xüsusilə, uşaqlarda bu vəziyyəti önləmək və burun axıntısının qarşısını almaq almaq elə də asan iş deyil. Heç bir tədbir görülmədikdə burun axıntısı öskürək və qrip kimi xəstəliklərə uyğun şərait yaradır.

Tabloid.az xüsusilə ictimai yerlərdə üzünüzün qızarmasına səbəb olan burun axıntısının qarşısını almaq üçün bir neçə üsul təqdim edir:

Əvvəlcə burun axıntısının hansı səbəblərdən yarandığını tapmaq lazımdır. Bu problem bir neçə səbəbdən baş verə bilər.

Burun genetik xüsusiyyətlərə bağlı olaraq normal insanlardan daha çox maye ifrazat edirsə, tez-tez burun axıntısı ilə mübarizə aparmalı olacaqsınız. İnsan xəstə olduqda bədən burun mayesi vasitəsi ilə mikrobları bədəndən atır.

İnsan allergiyaya bağlı narahatlıqlar yaşadıqda da burun axıntısı müşahidə olunur.

Yuxarıda sadalananlar burun axıntısının əsas səbəbləridir. Ancaq axıntının başqa səbəbləri də ola bilər.

Əslində burun axıntısı sizdə hansı xəstəliyin olması barədə xəbərdarlıq edən yaxşı bir bələdçidir. Belə ki, xəstəliyin növündən asılı olaraq burun axıntısının rəngi və forması da dəyişilir.

Məsələn, soyuqdəymə, qrip kimi xəstəliklər zamanı burun axıntısı su kimi duru və rəngsiz olur. Ancaq boğaz infeksiyaları ilə birlikdə müşahidə olunan bakteriyalarla yoluxan digər xəstəliklər zamanı burun axıntısı tünd yaşıl rəng alır və daha qatı olur.

Burun axıntısı üçün apteklərdə satılan dərmanlar çox vaxt problemi həll etmir. Ancaq dərmanla birlikdə təbii müalicə üsullarından istifadə etsəniz, bu problemin öhdəsindən daha tez gələ bilərsiniz. Bu işdə sizə burun spreyləri də kömək edə bilər. Burnu davamlı olaraq təmizləmək burun ətrafında qızarıqlıq və yaraların əmələ gəlməsinə səbəb ola bilir. Odur ki, bu bölgəyə tez-tez balzam çəkmək laızmdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm