6.2 kq doğulan uşaq hamını heyrətləndirdi - Fotolar
Bizi izləyin

Tabloid.az

6.2 kq doğulan uşaq hamını heyrətləndirdi - Fotolar

6.2 kq doğulan uşaq hamını heyrətləndirdi - Fotolar

ABŞ-ın Kolorado əyalətində 6.2 kiloqram çəkidə dünyaya gələn körpə hər kəsi heyrətə salıb. Qeysəriyyə əməliyyatı ilə anadan olan körpənin boyu 55.8 sm-dir.

“USA Today” qəzeti həkimlərin doğuş öncəsi uşağın çəkisinin təxminən 3.1 kiloqram olaraq hesabladığını yazıb. Nəfəs almaqda çətinlik çəkən körpənin sağlamlığı üçün yaxşı şəraitli başqa bir xəstəxanaya aparıldığı açıqlanıb. Doğuşu həyata keçirən tibb işçısının körpənin dünyaya gəlişi zamanı təlaşa qapılaraq yoldaşlarından kömək istədiyi və bağıraraq qaçın buraya gəlin, deyə qışqırmağa başladığı vurğulanıb.

Daha dörd qız uşağı olan körpənin atası Fransisko Qarsia oğlan uşaqlarının olması üçün hər yolu sınaqdan keçirdiklərini vurğulayaraq tanrının onlara beşinci qız uşağını verdiklərini söyləyib. Qarsia xəstəxana həkimlərini günahlandıraraq, "Bizə normal doğuş olacaqlarını, hətta kiloya qədər demişdilər. Lakin bu qədər yanılma olarmı?” deyib.

“Hər şeyə baxmayaraq bu qızımızı çox sevirik” deyən ata oğul sevdasından imtina etdiyini bildirib. Tabloid.az 6.2 kiloqram doğulan körpənin fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm