“Möhtəşəm yüz il”in yaraşıqlı aktyorları Bred Pittlə eyni siyahıda – Fotolar
Bizi izləyin

Tabloid.az

“Möhtəşəm yüz il”in yaraşıqlı aktyorları Bred Pittlə eyni siyahıda – Fotolar

Dünyanın ən yaraşıqlı, saqqallı kişiləri müəyyən edildi

Serbiyanın məşhur xəbər saytı “Blic” dünyanın ən yaraşıqlı saqqallı kişilərinin siyahısını hazırlayıb. Soğru nəticəsində hazırlanan siyahıda dünyaca məşhur aktyor Bred Pitt birinci yeri tutub.

Bred Pittin zirvədə olduğu siyahıda Conni Depp, Kit Harinqton kimi dünya ulduzları ilə yanaşı, Türkiyənin yaraşıqlı aktyoru Burak Özçivit də yer alıb.

Ən yaraşıqlı kişilər arasında göstərilən Burakın qısa saqqalının qadınların ürəyini fəth etdiyini yazan sayt, “Möhtəşəm yüz il” serialı ilə məşhurlaşan aktyor Halit Ergençin uzun saqqalının isə kişilərin daha çox diqqətini çəkdiyi bildirib. Saytın iddiasına görə, kişilər uzun saqqal saxlamağa daha çox meyillidirlər, ancaq qadınlar qısa saqqallı kişiləri bəyənirlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm