Qadınlar niyə ağlayır?
Bizi izləyin

Tabloid.az

Qadınlar niyə ağlayır?

Qadınlar niyə ağlayır?

Ürək məyusluğunun səbəb olduğu ağlama böhranlarının 5 dəqiqədən az davam etdiyi müəyyənləşdirilib.

Hollandiyadakı Tilburg Universitetinin psixoloqu Ad Vinqerhoetsin apardığı araşdırmada 5 min gənc iştirak edib. Sorğuda iştirak edənlərdən son keçirdikləri ağlama böhranının nə qədər davam etdiyi və səbəbi soruşulub.

Araşdırmaya qatılanların demək olar ki, hamısı böhranın 5 dəqiqədən az davam etdiyini deyib. İştirakçıların 10 faizindən azı isə son ağlama böhranlarının 30-60 dəqiqə davam etdiyini bildirib.

Kişi iştirakçılar qadınlardan daha az ağladığını etiraf etsələr də, “qorxu, alçalma və qəzəb” halında kişilərin daha çox göz yaşı tökdüyü məlum olub.

Vingerhoets qadınları da ağlamağa qorxu və aşığılanmağın səbəb olduğunu qeyd edib. O, həmçinin günah hissinin qadınların qəzəbdən daha çox göz yaşı tökməsinə yol açdığını vurğulayıb.

Tabloid.az xəbər verir ki, bu məsələyə dair məqalə “Nyu-York Mag” jurnalında dərc olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm