Zaurla Röya qarşı-qarşıya gəldi
Bizi izləyin

Tabloid.az

Zaurla Röya qarşı-qarşıya gəldi

Bir neçə gün öncə Murad Arifin reytinq şirkətlərinin Azərbaycan telekanallarına təsiri ilə bağlı açdığı müzakirənin əhatə dairəsi genişlənir.

Bir neçə gün öncə Murad Arifin reytinq şirkətlərinin Azərbaycan telekanallarına təsiri ilə bağlı açdığı müzakirənin əhatə dairəsi genişlənir. Tabloid.az xəbər verir ki, müzakirələrə istəmədən də olsa, teleaparıcı Zaur Baxşəliyev də qatılıb. Onun müzakirələrə qatılmasına isə müğənni Röya Ayxanın telekanallarla bağlı söylədikləri səbəb olub.

Qeyd edək ki, Röya Ayxan telekanalları hədəf seçərək verilişlərin pessimist ruhda olmasından şikayətlənmişdi. Röya telekanallara “Ay başınıza dönüm, bu ölkənin yaxşı günü, yaxşı insanı yoxdur? Bütün verilişlər namərd övladdan, xəstə uşaqdan, atılmışlardan danışır. Bu, evimizdə böyüyən uşağa da ziyandı. Dövləti çarəsiz göstəririk”, - deyə irad da tutmuşdu.

Bu irad, deyəsən, Röya ilə teleaparıcı Zaur Baxşəliyevin qarşı-qarşıya gəlməsinə səbəb olub. Belə ki, qarşılıqlı səsləndirilən fikirlərdən istifadə edərək teleaparıcı ilə müğənninin münasibətlərini korlamaq üçün cəhd edənlər olub.

Z.Baxşəliyevin sözlərinə görə, aradakı “su bulandıranlar” məqsədlərinə nail ola bilməyib: “Uzun illərdir münasibətim olan, xətrini istədiyim sənət adamları var! Bu gün eşitdim ki, mənim verilişdə dediyim sözlərdən sonra kimsə arada "vasitəçilik" edib ara qızışdırmaqla məşğuldur! Həmin şəxslər unudurlar ki, əgər Röyaya sözüm olsa, onun özünə deyə bilərəm! Çünki bir-birimizə zəng edə biləcək qədər yaxın münasibətimiz var! Hər zaman hörmətini saxlamışam, saxlayacağam da! Kimsə mənim sözlərimi yozub aranı qızışdırmasın! Dəyərli dostlarımdan biri də Röyadır ! Hələ onun efirə gəldiyi vaxtlardan ta bu günə qədər aramızda hörmət-izzət olub! Düşünürəm ki, bu münasibəti cılız söhbətlər qəti şəkildə poza bilməz!”

Röya Ayxan da fikirlərini yenidən əsaslandırmaq zərurəti hiss edib:

“Zaur sevdiyim biridir və onun ünvanına hər hansı bir söz söylədiyimi xatırlamıram. Sözüm olsa, özünə də deyərəm. Əminəm ki, Zaur da araşdırmadan mənə qarşı hər hansı səhvə yol verməz. Özünü ağıllı sayan sözbazlara yenidən deyirəm: Mən ağlaşma olan verilişlərin dayandırılmasını tələb etmədim. Sadəcə, belə proqramların arasında fasilə olmasının münasib olduğunu dedim”.

Röya araqarışdıranların dəyirmanına su tökmədiyinə görə, Zaura təşəkkür etməyi də unutmayıb: “Söz gəzdirənlərin ağzını bağladığın üçün təşəkkür edirəm!!! Yenə də deyirəm, mənim dediyim sözün anlamı başqa idi. Yazıda da qeyd etmişdim ki, səhərdən axşamacan ağlaşma edirlər. Hamı reytinq xatirinə biri-birindən mövzu oğurlayır. Bir sözlə, bu dedi-qoduya son qoyun. Çünki mənim fikrim eyni olaraq qalır: telefon arxasında şir olmayin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm