Yeni il üçün 15 möhtəşəm dodaq boyası – Fotolar
Bizi izləyin

Tabloid.az

Yeni il üçün 15 möhtəşəm dodaq boyası – Fotolar

Yeni il gecəsi bəlkə də bütün il boyu gülmədiyimiz qədər güləcəyik.

Yeni il gecəsi bəlkə də bütün il boyu gülmədiyimiz qədər güləcəyik. Bayramların ən gözəl tərəfi də elə budur. Ancaq gülüşünüzə cazibədarlıq qatmaq üçün möhtəşəm dodaq boyalarına da ehtiyacınız olacaq.

Tabloid.az xarici mətbuata istinadən Yeni il üçün ən ideal 15 dodaq boyasını təqdim edir:

Öncəliklə qeyd edək ki, 2015-ci illə birlikdə dodaq boyaları makiyajda hakimiyyəti yenidən ələ keçirir. Artıq bir çox xanım gözləri arxa plana keçirib, dodaqları qabartmağın arzusundadır. Əlbbəttə, bunda dodaq boyalarının qadınları sehrləyən möhtəşəm rəng çalarlaırnın böyük rolu var.

Bəs Yeni il gecəsi həm cazibədar, həm də dəbli görünmək üçün dodaq boyasında hansı rənglərə üstünlük verməliyik?

Klassik rənglər

Yeni il gecəsi qırmızı dodaq boyası çəksəniz, bu, heç kimə sürpriz olmayacaq. Çünki payız-qış aylarında hamı tünd, amma diqqətçəkən rənglərə meyil edir. Əlbəttə, bu, özünü makiyajda da büruzə verir.

Qəhvəyi və qırmızı, tünd çəhrayı və zoğalı rəngin bəzi çalarları artıq klassikləşib. Açıq dəri rənginə sahib olanlar qırmızı, dəri rəngləri daha tünd olanlar isə qəhvəyi çalarlara üstünlük verə bilərlər.

Yəni həmin gecə risk etmək istəmirsinizsə, klassik rənglərə üstünlük verin. Beləliklə, diqqət çəkməyinizi və gecənin şıq qadınlarından biri olmağınızı siğortalanmış olacaqsınız.

Açıq rənglər

Qadınlara daha romantik və zərif görkəm bəxş edən açıq çəhrayı və bej çalarlar da Yeni il gecəsi üçün çox uyğun seçimdir. Xüsusilə, gənc qızlar açıq çəhrayı rəngli dodaq boyası ilə olduqca xoş görünürlər. Aktuallığını itirməyən bir digər trend də bej çalarlardır. Gözlərinizi ön plana çıxarmağı düşünürsünüzsə, bu dodaq boyası sizin üçün ideal seçim olacaq.

Ekstravaqant variantlar

Bu dodaq boyalarını çəkmək cəsarət tələb edir. Ancaq Yeni il gecəsi kimi xüsusi günlərdə belə çılğınlıqlara əl atmağınız pis qarşılanmayacaq. Ona görə də qeyri-adi obrazınızla seçilmək istəyirsinizsə, “NARS”ın və ya “Givenchy”nin bu dodaq boyalarını sınaqdan keçirin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm