İlqarə Kazımova arıqlamağının sirrini açdı – Fotolar
Bizi izləyin

Tabloid.az

İlqarə Kazımova arıqlamağının sirrini açdı – Fotolar

İlqarənin arıqlama sirri nədir?

Elnarə Təhməzovanın təqdimatında “İncə +” verilişinin bugünkü qonağı olan müğənni İlqarə Kazımova arıqlamasının sirrini açıb. O, pəhrizlə arıqladığını söyləyib:

“Tezbazar hazırlanan xörəklərə əlvida demişəm. özü də ömürlük. Qida rasionum günlərə bölünüb. Ariqlamaq üçün pəhriz saxlayiram. Yediyim qidalarıma fikir verirəm. Hər gün eyni yemək yemirəm. Bir gün ət yeyirəmsə, sabahı gün toyuq, birisi gün balıq əti yeyirəm. Ətin yanında mütləq tərəvəz olur. Bir gün yalnız meyvə və tərəvəzlə qidalanıram. İdmana elə də üstünlük vermirəm. Çünki idman etdikdən sonra onu dayandırdıqda kökəlmə baş verir. Mən isə xasiyyətimi bilirəm. İdmana elə də meylli deyiləm. Açıq havada gəzməyi çox sevirəm. Arıqlamaq istəyənlər mütləq diyetoqa müraciət etsinlər. Bu halda sağlam qidalanmanın nədən ibarət olduğu aydın olur”.

İlqarə həmçinin yalnız yaşıl çay içdiyini əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm