Günay Musayeva Bakıda podiuma çıxacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

Günay Musayeva Bakıda podiuma çıxacaq - Fotolar

Bu yaxınlarda “Türkiyə ilə Azərbaycan arasında mədəniyyət elçisi” mükafatına layiq görülən G. Musayeva bakılı modasevərlərin qarşısına xüsusi kolleksiyalardan olan geyimlərlə çıxacaq

Türkiyənin məşhur markalarında birinin Azərbaycanda geyimləri nümayiş olunacaq.

Dekabrın 26-da Bakıda keçiriləcək tədbirdə Türkiyənin 10 tanınmış dizaynerinin yerli modasevərlər üçün xüsusi hazırladığı geyimlərin nümayişi olacaq.

Türk modaçılarının əl işlərini dünyada tanıtmaq və qardaş ölkənin yaxın coğrafiyada yüksək moda və dizayn ölkəsi kimi təqdim etmək məqsədi ilə təşkil olunacaq tədbirlər silsiləsinin ilk nümayişi Bakıda baş tutacaq. Defiledə dünyaca məşhur modelyerlər Dilek Hanif, Gamze Saraçoğlu, Özgür Masur, Özlem Süer, Raisa &Vanessa, Serli Keçioğlu, Tuvana Büyükçınar, Yıldırım Mayruk, Zeynep Erdoğan və Zeynep Tosunun geyimləri nümayiş olunacaq. Bakının qonağı olacaq dizaynerlərin kolleksiyasını Türkiyənin tanınmış modelləri sərgiləyəcək.

Dəfilədə baş manekenlik həmyerlimiz model və aktrisa Günay Musayevaya həvalə olunub. Bu yaxınlarda “Türkiyə ilə Azərbaycan arasında mədəniyyət elçisi” mükafatına layiq görülən G. Musayeva bakılı modasevərlərin qarşısına xüsusi kolleksiyalardan olan geyimlərlə çıxacaq.

Əsasən gündəlik və ziyafət geyimlərinin üstünlük təşkil edəcəyi kolleksiyalarla yanaşı türk əl işləri sənət nümunələri, zinət əşyaları, çanta və akssesuarları da azərbaycanlı modasevərlərə təqdim ediləcək. Hər bir modelyerin bakılılar üçün xüsusi hazırladığı geyimlərdə ipək, şifon, orqanza kimi parçalardan və bu ilin trend rəng çalarlarından istifadə olunub.

Gecədə siyasət və moda sektorunun önəmli nümayəndələri iştirak edəcək. Dəfilənin kreativ direktoru Hakan Öztürk, layihə rəhbəri isə iş qadını Hatice Aydenizdir. İki aydan artıq müddətdir hazırlıqları gedən gecənin aparıcısı Murad Dadaşov olacaq.

Defiledə 10 dizaynerin 75 geyimi nümayiş olunacaq. 150 nəfərə yaxın komanda ilə Bakıya gəlməyə hazırlaşan qonaqlar arasında modelyer və modellərlə yanaşı Türkiyənin media nümayəndələri, eləcə də tanınmış simaları da olacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm