Yeni il gecəsi üçün möhtəşəm makiyaj təklifləri - Fotolar və Video
Bizi izləyin

Tabloid.az

Yeni il gecəsi üçün möhtəşəm makiyaj təklifləri - Fotolar və Video

Yeni il gecəsi cazibənizlə hər kəsi valeh edin

Yeni il axşamı dəvətə gedərkən necə makiyaj edəcəyinizi fikirləşirsiniz? Tabloid.az bu yazıda Yeni il makiyajı ilə bağlı əsas məqamları ətraflı şəkildə izah edir:

Nəmləndirici: Makiyaja başlamazdan əvvəl nəmləndirici mütləq çəkilməlidir. Dərini tonal kremə hazırlayır. Həm də tonal krem nəmləndiricidən sonra dəriyə rahat çəkilir.

Tonal krem: Dəri tipinə və rənginə uyğun tonal krem çəkin. Kremi ya süngər, ya da fırça ilə çəkin.

Kirşan: Kirşan hər zaman çantzanızda gəzdirməli olduğunuz kosmetik vasitədir. Gecə bitmədən makiyajı təzələmək istədiyinizdə ehtiyacınız ola bilər. Çantaya qoymazdan əvvəl qapağının bağlı olmasından əmin olun.

Ənlik: Yeni il gecəsi parlaq ənlik çəkin. Üzünüzə və almacıq sümüklərinə fırçanı diqqətlə çəkin.

Qaşlar: Qaşınızın seyrək yerlərini qələmlə örtün. Rəng seçimi qaş rənginizlə eyni olmalıdır.

Göz kölgəsi: Yeni il gecəsi çəhrayı, ya da qayısı rəngi kölgə çəkin. Göz qapaqlarının kənarlarına gümüşü və qızılı tonları da istifadə edə bilərsiniz. Açıq kölgələr isə gözlərin nəfəs almasına imkan yaradır.

Sürmə: Cəzbedici baxışlar üçün göz layneri çəkməlisiniz. Ancaq çəkəndə diqqətli olmalısınız. Göz layneri çəkmək asandır, amma ən kiçik xətada dağıla bilər. Qara layner əvəzinə qızılı və gümüşü zərli layner Yeni il mərasimi üçün lap yerinə düşər.

Tuş: Kirpiklərinizi daha uzun göstərmək üçün qara tuş işlədin. Parıltılı və zərli tuş sayəsində gecənin ən cəzbedici xanımı ola bilərsiniz.

Pomada: Yeni il gecəsi bütün gözlər üzərinizdə olacaq. Buna görə də tez silinməyən rənglərə və kosmetik vasitələrə müraciət edin. Yeni il gecəsi qırmızı dodaq boyası çəkməmək ən böyük gözəllik xətası olardı.

Dodaq quruluşunuz imkan vermirsə, şaftalı tonlarına müraciət edə bilərsiniz. Daha gözəl görünməsi üçün üstündən parladıcı ilə bəzək vurun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm