Məryəm Üzərli: “Yeni serialda 5 çılpaq adamla çəkilmək istəyirəm”
Bizi izləyin

Tabloid.az

Məryəm Üzərli: “Yeni serialda 5 çılpaq adamla çəkilmək istəyirəm”

Məryəm Üzərli Türkiyədə çəkiləcəyi türk-ərəb ortaq istehsalı olan yeni serialı barədə maraqlı açıqlamalar verib

Yaxın vaxtlarda Türkiyəyə qayıdacağı bildirilən məşhur aktrisa Məryəm Üzərli burada çəkiləcəyi türk-ərəb ortaq istehsalı olan yeni serialı barədə maraqlı açıqlamalar verib. Aktrisa yaraşıqlı aktyorlarla tərəf müqabili olmaq istədiyini deyib:

"Halit Ərgənçlə oynamaqdan məmnunam, yaxşı aktyordur. Amma yenidən birlikdə rol alsaq, tamaşaçı “Hürrəm” və “Süleyman”ı xəyal edəcək. Mən bir az şorgözəm. Yeni seriala 5 çılpaq, yaraşıqlı adamla çəkilmək istədim, amma alınmadı. Zarafat bir yana, kiminlə tərəf müqabili olacağımı heç özüm də hələ bilmirəm”.

Aktrisa serialda çəkildiyi aktyorlarla real həyatda eşq yaşamağı heç ağlına da gətirmədiyini deyib:

“Bunu heç vaxt etmərəm. İş başqa, eşq başqa. Mən artıq bir qız anasıyam”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm