Beynəlxalq müsabiqələrə gedən modellər necə seçilir?
Bizi izləyin

Tabloid.az

Beynəlxalq müsabiqələrə gedən modellər necə seçilir?

Azərbaycan ilk dəfə olaraq “Miss World Peace” beynəlxalq gözəllik yarışmasında iştirak edəcək.

Azərbaycan ilk dəfə olaraq “Miss World Peace” beynəlxalq gözəllik yarışmasında iştirak edəcək.

Bu haqda Tabloid.az-a açıqlama verən "AES" qrup-un rəhbəri Aqil Məmiyev bildirib ki, ölkəmiz ilk dəfə olaraq “Miss World Peace” dünya gözəllik yarışmasına təmsilçi göndərəcək. Vaxt azlığı ilə əlaqədar olaraq, həmişəki kimi Azərbaycanda seçim turu keçirilməyəcək. A. Məmiyev bəyəndiyi, seçdiyi modelləri müsabiqəyə göndərəcək.

Məmiyevin sözlərinə inansaq, seçilən iştirakçıların boyuna, bədən ölçülərinə, xarici dil biliyinə, gözəlliyinə üstünlük veriləcək.

Nəzərinizə çatdıraq ki, müsabiqə illərdir hər il dünyanin nüfuzlu ölkələrində keçirilir. Bu il dünya finalı 22 yanvar – 10 fevral arasında iqtisadi baximdan inkişaf etmiş Çində keçiriləcək.

Qeyd edək ki, yarışmanın beynəlxalq direktoru “World Beauty Congrens”in prezdenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.

Onu da qeyd edək ki, Məmiyevin rəhbərliyi ilə baş tutan müsabiqələrdə modellərin seçimi həmişə qaranlıq şəkildə aparılır. Təsadüfi deyil ki, müsabiqələrə göndərilən modellərini nəinki üçlükdə, heç beşlikdə də olmurlar. Sadəcə heç bir əhəmiyyəti olmayan sertifikatlarla geri qayıdırlar. Ümid edək ki, bu dəfə fərqli olacaq... Boyu, qaməti müsabiqəyə uyğun gələn, silikon dodaqsız bir model müsabiqədə Azərbaynı təmsil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm