Qarını əridib, beli incəldən ədviyyatlar
Bizi izləyin

Tabloid.az

Qarını əridib, beli incəldən ədviyyatlar

Qarnınızda toplanan artıq yağları əridib daha incə belə qovuşmaq istəyirsiniz?

Qarnınızda toplanan artıq yağları əridib daha incə belə qovuşmaq istəyirsiniz?

O zaman təsiri araşdırmalar nəticəsində sübut olunan möcüzəvi tərəvəzlərdən və ədviyyatlardan istifadə etməlisiniz. Sevdiyiniz yeməklərə bu ədviyyatları qataraq həm daha ləzzətli, həm də sağlamlıq üçün yararlı hala gətirə bilərsiniz. Pəhriz saxlamadan artıq kilodan xilas olmaq istəyənlər aşağıda adlaırnı qeyd etdiyimiz ədviyyatları və tərəvəzləri qida rasionlarına daxil etməlidirlər.

Zəncəfil

Mədə üçün faydalı olan bu ədviyyat arıqlamağa da kömək edir. Antioksidant baxımından zəngin olan bu ədviyyat maddələr mübadiləsini sürətləndirir və daha çox kalori xərcləməyə səbəb olur. Zəncəfil həm də insana toxluq hissi verir.

Cəfəri

Cəfərini salatlara əlavə edə bilərsiniz. Mütəxəssislər cəfəridə olan antioksidantların qaraciyərin fəaliyyətini dəstəklədiyini bildirirlər. Bədəndəki ən böyük orqan olan qaraciyər qidaların tez həzm olunması üçün çox önəmlidir. Yağlanmış qaraciyər maddələr mübadiləsini yavaşladır. Bu isə kökəlmək riskinizi artırır. Odur ki, sağlam qaracıyərə sahib olmaq üçün bol-bol cəfəri yeyin.

Sarımsaq

Sarımsaq yağları əridir. Koreyada araşdırmaçılar yeddi həftə sarımsaqlı qidalar yeyən siçanların bədən ağrılarının azaldığını müşahidə ediblər.

Tərxun

Tərxunun tərkibindəki karnosik adlı turşu qan şəkəri səviyyəsini aşağı salaraq aclıq hissini azaldır. Beləliklə, daha az qidalanıb, tez zamanda arıqlamağınıza kömək edir.

Sarıkök

Maddələr mübadiləsini sürətləndirir. Bədənin daha çox kalori xərcləməsinə səbəb olur.

Qırmızı istiot

Istiotlu yeməklər daha çox kalori xərcləməyinizə səbəb olmaqla yanaşı iştahanızın da azalmasına kömək edir. Qırmızı istiot qış aylarında ən çox istifadə etməli olduğunuz ədviyyatdır. Çünki immun sistemini gücləndirir, soyuqdəymə ilə mübarizə aparır və bakteriyalara qarşı qalxan vəzifəsini icra edir.

Xardal toxumu

Xardal bitkisindən əldə edilən bu ədviyyat maddələr mübadiləsini inanılmaz dərəcədə sürətləndirir. ABŞ-da aparılan bir araşdırmaya görə, xardal bitkisində olan maddələr əzələ hüceyrələrini xəbərdar edərək bədənin daha çox əzələ toplamasına kömək edir və yağları əridir. Yuxunu nizamlayan melatonin hormonuna da təsir edən xardal əsl yağ düşmənı hesab edilir.

Qara istiot

Koreyalı araşdırmaçılar qara istiotdaki “pipeline” maddəsinin yağ əritməkdə təsirli olduğunu sübut ediblər. Araşdırmanın nəticələrinə görə, bu maddə yeni yağ hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır və mövcud yağ hüceyrələrini yandırır.

Darçın

Bu ədviyyat bədəndə yağ toplanılmasına səbəb olan insulini tənzimləyir. İştahanı da kəsən darçın tez bir zamanda arıqlamağınızı təmin edir.

Tabloid.az

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm