• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Miqren ağrılarından xilas edən təbii üsullar

Miqren ağrılarından xilas edən təbii üsullar

Bu təkliflər miqren ağrılarından xilas olmaq üçün dərman qədər təsirlidir.

Miqren ağrısı xəstələrin gündəlik həyatını ləngidəcək qədər şiddətli ola bilər. Həyatı kabusa çevirən şiddətli baş ağrılarının qarşısını almaq üçün ilk növbədə ağrıkəsicilərdən imdad ummamaq və yuxu rejimini normaya salmaq lazımdır.

Təkrar olunan baş ağrısı hücumlarından ibarət olan və hər 100 adamdan 16-sında görülən miqren hücumlarının şiddətlənməsi noyabr-dekabr kimi mövsüm keçidlərində artır. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun səbəbi isə mövsüm keçidlərindəki təzyiq dəyişikliklərinin yaratdığı halsızlıq və yorğunluğun miqren hücumlarına təkan verməsi və həyat tərzinin dəyişməsidir. Miqren ağrısı iş və sosial həyatı ciddi dərəcədə ləngidəcək qədər şiddətli ola bilər. Xəstə miqren şiddətlənməsi səbəbindən işə getmir, ictimai fəallığı aşağı düşür, planları varsa ləğv etmək məcburiyyətində qalır, ya da gündəlik adi işlərinin hamısını bir kənara qoyaraq səssiz və qaranlıq bir mühitdə ağrının keçməsini gözləyir.

Nevrologiya mütəxəssisi Arif Çakır miqrenə təkan verən amillərə qarşı tədbir alındıqda hücumların şiddətinin böyük miqdarda azaldılmasının mümkün olduğunu söyləyir.

O, bildirir: “Əgər bütün tədbirlərə baxmayaraq, ağrı hələdə çox sıx və şiddətlidirsə, ancaq bu halda ağrının qarşısını alan və nəzərə çarpacaq dərəcədə azaldan dərman müalicəsi tətbiq olunur”.

Həkim Arif Çaxır miqren hücumlarını qarşısını almağın 10 formulunu belə sıralayır:

Ağrıkəsicilərdən imdad ummayın

Başımız ağrıyan kimi dərhal bir ağrıkəsici dərman atırıq. Halbuki baş ağrısı miqren ağrısıdırsa və siz ayda 4-5 ədəddən çox ağrıkəsici dərman qəbul edirsinizsə, bununla miqren ağrılarını daha da gərginləşdirir və hücumun təkrarlanmasını daha da artırırsınız. Çünki ağrıkəsicilər tez-tez istifadə ediləndə beyindəki ağrı mərkəzlərinin həssaslığını artırır. Buna görə də dərmanlardan istifadə etmək sizin düşündüyünüz kimi ağıllı addım hesab olunmur. Təsadüfi bir ağrıkəsici qəbul etmək əvəzinə, nevrologiya mütəxəssisinə müraciət etmək daha düzgün olardı. Miqren diaqnozu qoyularsa, ağrıkəsici dərmanlardan yalnız həkiminizin təklif etdiyi şəkildə qəbul etməyə diqqət göstərin.

Miqren gündəliyi tutun

Özünüzə bir miqren gündəliyi tutun. Gündəliyə hər gün nizamlı olaraq nə yeyib içdiyiniz, qoxu və stress kimi hərəkətverici amillərə məruz qalıb qalmadığınız, neçə saat yatdığınızı və hansı idmanı nə qədər müddətlə etdiyiniz kimi məlumatları qeyd edin. Həmçinin ağrının tezliyi, müddəti, yeri, xarakteri kimi məlumatlarla yanaşı, əgər istifadə edirsinizsə dərmanlarınızı da yazın. Bu mütəmadi qeydlər sayəsində həm ağrınıza təkan verən amilləri daha yaxşı tanıyacaq, həm də müalicənin tez bitməsinə kömək edəcəksiniz.

Yuxu rejiminizə əməl edin

Yuxu rejiminizi dəyişdirməyin. Məsələn, bəzi adamlar yuxusuz qaldıqda, bəziləri isə tam əksinə çox yatanda miqren hücumuna məruz qalırlar. Artıq yatanda miqreni olan bir nəfər bütün həftə işə getmək üçün erkən qalxar və ağrısı olmaz. Lakin həftə sonları gözəl yuxunu şiddətli miqren ağrıları yarıda qoya bilər. Bu səbəblə hər gün eyni saatda qalxmağa və yuxusuz qalmamağa diqqət göstərin.

İdman edin, amma çərçivəni aşmayın!

Üzün, yeriyin, velosipedə minin... Ağrılar məşq edən zaman şiddətlənmirsə, bədəninizi rahatlaşdıracaq hər cür idmanı edə bilərsiniz. İdman fəallığı artan serotonin hormonunun ifrazı sayəsində həm stress və narahatlığınızı azalda, həm də miqren ağrılarının qarşısının alınmasında böyük fayda verə bilər. Ancaq idman növünün ağır deyil, mülayim səviyyədə olması və performans göstərmək üçün edilməməsi çox əhəmiyyətlidir. Əks halda tam əksinə, ağrılara təkan verə bilər.

Yemək saatını qaçırmayın

Hər gün nizamlı olaraq yeməyə, yemək vaxtını qaçırmamağa diqqət göstərin. Əgər yemək saatlarında və ya axşam saatlarında aclıq hiss etsəniz, bu vəziyyətdə qan şəkərində azalma müşahidə oluna və ağrıları gücləndirə bilər. Belə hallar yaşayırsınızsa, özünüzə xas az porsiya halında yemək saatları əlavə edə bilərsiniz.

Rəqs edin, meditayasiya ilə məşğul olun

Stress də ağrılara təkan verən ən vacib amillərdən biridir. Stress səviyyəsini azaldan, zehni açan aktiv hərəkətlər edin. Məsələn, rəqs edə, yoqa və ya meditasiya ilə məşğul ola və ya ağrı azaldıcı müxtəlif masajlar edə bilərsiniz.

Qəhvə, çay və spirt istehlakına diqqət edin

Kofein bəzi miqren dərman vasitələrində olan və bu səbəblə miqren müalicəsində istifadə edilən bir maddə olmaqla bərabər, miqren ağrıları üçün hərəkətverici də ola bilər. Əgər ağrılar kofein tərkibli qidalarla güclənmirsə, gündəlik miqdarda (məsələn, maksimum 2 fincan qəhvə və ya 3-4 fincan çay yetərli olur) kofein almaq miqren ağrılarına yaxşı təsir edə bilər. Ancaq hər şeydə olduğu kimi burada da həddindən artığına qaçmamaq çox əhəmiyyətlidir.

Bu qidalara diqqət edin

Hər xəstədə müxtəlif yeməklər hərəkətverici ola bilər. Ancaq ağrıya təkan verən yeməklər arasında ən çox bunlar: pendir, mayalı içkilər, yağlı və ədviyyatlı yeməklər, süni və kimyəvi qatqılar, ətir çoxaldıcı və dad verən maddələr (məsələn, hazır ət və toyuq suyu həbləri kimi) süd, hər növ içalat, sosiska, kolbasa, krevet və ya midiya kimi bəzi dəniz məhsulları yer alır.

Tabloid.az

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR