Hansı hallarda öd daşının müalicəsi vacibdir?
Bizi izləyin

Tabloid.az

Hansı hallarda öd daşının müalicəsi vacibdir?

Hansı hallarda öd daşının müalicəsi vacibdir?

Öd daşı xəstəliyi öd kisəsinin ən çox yayılmış xəstəliklərindən biridir. Xəstəlik öd kisəsində, qaraciyərdəki öd yollarında, ümumi öd axarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur.

Öd daşları bərkimiş törəmə olub ölçüsü - diametri 1 neçə santimetr, sayı bir ədəddən bir neçə min ədədə qədər, çəkisi isə 30 qramadək ola bilir. Öd daşları kimyəvi tərkibinə görə, əsasən xolesterindən, az hallarda öd piqmentlərindən və kalsium duzlarından ibarət olur.

Öd kisəsində daşların əmələ gəlməsi uzun müddətli durğunluq zamanı ödün sıx hissəciklərinin çökməsi nəticəsində baş verir. Bu daşlar öd kisəsinin normal fəaliyyət göstərməsinə mane olur.

Yaranma səbəbləri:

1. Hamiləlik

2. Oturaq həyat tərzi

3. Çox yemək

4. Rejimsiz qidalanma

Klinik əlamətləri:

1. Sağ qabırğaaltında ağrı

2. Epiqastral öd kisəsi nahiyəsində ağrı

3. Brodikardiya

4. Öyümə

5. Qusma

6. Sidik ifrazının ləngiməsi

7. Qızdırma

8. Sarılıq

9. Gəyirmə

10. Ağızda acılıq

Müalicəsi:

1. Cərrahi müdaxilə (əksər hallarda)

2. Hərəkət

3. Kurort müalicəsi

4. Xolesteramin

Əksər hallarda öd kisəsində olan daşlar əlamətsiz keçir, bunlara “lal daşlar” da deyirlər. Belə daşlar təsadüfən aparılan ultrasəs və ya rentgen müayinəsi nəticəsində aşkar olunur. Belə daşlar öz daşıyıcılarını uzun illər ərzində, bəzən isə bütün ömürləri boyu da narahat etmirlər. Bəzən isə - doyunca yemək yedikdən sonra, bədən xeyli silkələndikdə və ya digər bu kimi səbəblərin təsiri nəticəsində belə xəstələrdə öd daşı tutmaları (sancıları) baş verir. Bu zaman daş öd kisəsi yoluna keçərək onun yolunu bağlayır və ödün öd kisəsindən axınının qarşısını alır. Nəticə etibarı ilə bu, öd kisəsinin divarının gərilməsinə və kəskin ağrının baş verməsinə səbəb olur. Sancı zamanı ağrı sağ körpücük nahiyəsinə, sağ qola, sağ süd vəzisi və sağ kürək nahiyəsinə “yayılır”, dəfələrlə təkrar olunaraq bir neçə saat ərzində davam edir. Bir çox hallarda ağrı o dərəcədə kəskin olur ki, xəstələr təcili yardıma müraciət etməli olurlar. Əgər öd yolunda olan daş (ölçüsü nisbətən kiçik olan) öd yollarından keçərək müvəffəqiyyətlə onikibarmaq bağırsağa düşərsə, sancı öz-özünə keçib gedir və daş nəcislə xaric olur.

Öd daşı olan insanların 80 faizi bundan xəbərsiz olurlar və ya daşın olmasından təsadüfən hali olurlar. Bu insanlarda adətən öd daşı heç bir narahatçılıq törətmir. Müəyyən olunub ki, asimptomatik öd daşları zamanı cərrahi əməliyyat ehtiyac yarada biləcək şikayətlərin meydana çıxma ehtimalı 1-2 faizdir. Digər 20 faiz insanlarda öd daşını yuxarıda sadalanan şikayətlər törədir.

Hansı hallarda öd daşının müalicəsi vacibdir?

Bu suala cavab axtaran zaman aşağıdakı üç faktor nəzərə alınmalıdır:

1) öd daşı insanın həyat keyfiyyətini poza biləcək dərəcədə şikayətlər yaradır

2) öd daşının ilkin ağırlaşmalarının olması: kəskin xolesistit, pankreatit və s.

3) öd daşının ağırlaşma törədə biləcəyini güman etməyə əsas verən faktorların olması: daşların 3 sm-dən böyük olması, öd kisəsində anadangəlmə anomaliyalar.

Öd daşı xəstəliyinin iki müalicə üsulu var: konservativ və cərrahi.

Çox az hallarda öd daşının müalicəsində konservativ vasitələrdən istifadə edilir. Öd daşının diametri 10 mm-dən kiçik olarsa xəstələrin 50 faizdə 6 aydan 2 ilə qədər öd turşularının təyini ilə aparılan müalicə effekt verir. Əgər daşın diametri 5 mm-dən kiçik olarsa bu zaman konservativ müalicənin effektivliyi 70 faizdən çox olur.

Öd daşı xəstəliyinin əsas müalicəsi cərrahi yolla öd kisəsinin çıxarılmasıdır. Öd kisəsinin laparoskopik yolla çıxarılması – laparoskopik xolesistektomiya öd daşı xəstəliyinin müalicəsində qızıl standartdır. Artıq inkişaf etmiş ölkələrdə öd kisəsinin açıq yolla çıxarılmasına olan göstərişlər çox daralıb.

Proqnoz

Müalicə alanların 99%-də əlamətlər təkrar olunmur.

Profilaktika

Yağlı yeməklərin azaldılması

Hərəkətlilik

Piylənmə zamanı tədricən arıqlama (həftədə 1,5 kq)

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm