Çılpaq çəkilməkdən zövq alan qalmaqallar kraliçası - Fotolar
Bizi izləyin

Tabloid.az

Çılpaq çəkilməkdən zövq alan qalmaqallar kraliçası - Fotolar

O, 41 yaşında olduğuna heç kimi inandıra bilmir

Onun həyat hekayəsi filmlərdəki kimidir. Hələ 14 yaşında olarkən Nyu-York hava limanında kəşf edilərək modellik karyerasına başlayıb və o gündən etibarən bütün həyatı dəyişib. Söhbət hazırda 41 yaşında olmasına baxmayaraq, hələ də gənc modelləri özünə rəqib bilməyən Keyt Mossdan gedir. Ən çox fotosessiya etdirən model kimi “Ginnesin rekordlar kitabı”na düşən Keyt Mossun modelliyə başladığı 1990-cı illərdə Sindi Krouford və Naomi Kempbell kimi qıvrımlı, uzun boylu qadınlar dəbdə idilər. Keyt isə 1.69 sm boyu və anoreksiya xəstələrini xatırladan arıq bədəni ilə dövrünün manikenlərindən tamamilə fərqlənirdi. Önə doğru çıxan yanaqları, göz quruluşu, məsafəli ön dişləri və həddən artıq arıq olması ilə qısa müddətdə digər modellərdən fərqlənən Keyt dünyanın ən populyar qadınına çevrilməyi bacarıb.

O illərdə “Calvin Klein”in reklam siması kimi ağ-qara fotosessiya etdirən Keyt tənqidlərə məruz qalsa da, bu sayədə şöhrətini daha da artırır.

18 yaşında “Vogue”n üz qabığına çıxaraq daha bir rekord qırır. Gənc yaşda “Chanel”, “Versace”, “Gucci” kimi dünyanın ən məşhur brendləri ilə işləyir.

Hazırda bütün dünyada moda ikonası kimi qəbul edilən Keyt eyni zamanda, ən çox qazanan model statusuna malikdir.

Xüsusilə, gənc qızların nümunə götürdüyü model "Keyt Moss stili" ilə bütün dünyada öz dəb tendensiyalarını diqtə edir.

Qalmaqalları ilə gündəmdə qalır

Keytin həyatı qalmaqallarla doludur. O, 1998-ci ildə və 2000-ci ildə depressiya, spirtli içkilərdən və narkotikdən asılılıq səbəbi ilə reanimasiyada yatmalı olur. 2002-ci ildə qızı Lila Qreysi dünyaya gətirdikdən sonra bir müddət həyatını nizama salır. Ancaq daha sonra təkrar köhnə, qalmaqallı həyatına geri qayıdır.

2005-ci ildə kokain istifadə edərkən çəkilən görüntüləri dünya mətbuatında yayımlandıqdan sonra Keytin həyatında hər şey mənfiyə doğru getməyə başlayır. Bir çox marka modellə müqavilələrini ləğv edir. Hamı Keytin karyerasının bitdiyini düşünür. Ancaq Keyt Moss mənfi nüansları belə öz xeyrinə dəyişdirə bilir. Bu hadisələrdən sonra modelin illik gəliri iki dəfə artaraq 2007-ci ildə 9 milyon dollara çatır. Ancaq onun sağlamlıq problemləri getdikcə artır. 2 il öncə, 38 yaşında iflic olan modeli sağaldan həkimlər ona sərt xəbərdarlıq edirlər. Həkimlər Keytə deyirlər ki, əgər bu tempdə yaşamağa davam etsən, dörd il içində təkrar iflic keçirəcək və bu dəfə sağalmayacaq.

Bütün bunlara baxmayaraq, Keyt Moss moda sevərlərin ürəklərini fəth etməyə davam edir.

Bəs necə olur ki, dünyada bir-birindən gözəl bu qədər model olarkən sadəcə Keyt Moss fenomenə çevrilir?

Bu mövzuda fikirlərini bildirən mütəxəsislər Keyt Mossun üz cizgilərinin kişilərin ağlını başından almağa kifayət etdiyini deyirlər. Belə ki, modelin almacıq sümükləri, gözlərinin forması və baxışları ona eyni anda həm vəhşi, həm də kövrək, qorunmağa möhtac bir qadın ifadəsi bəxş edir. Bu isə kişilərin minlərlə illik ovçuluq və atalıq instinktlərini eyni anda hərəkətə keçirir.

Keytin qadınlar tərəfindən bu qədər bəyənilməsinin səbəbi isə özünəməxsus stilidir. Xarizması da onu insanlara sevdirən bir digər xüsusiyyətdir.

Ancaq modeli fenomen edən onun kamerlara qarşısında da tamamilə real olmasıdır. Keyt dünyanın ən populyar modelləri hesab olunan “Victoria's Secret” mələkləri kimi davamlı olaraq süni təbəssümlərlə gəzmir. Onu hər halı ilə görmək mümkündür: əylənərkən, utanarkən, eşq ağrısı çəkərkən, sərxoş olarkən…

Heç vaxt qüsursuz olduğu iddia etməyib.

Hər addımı ilə əksini sübut etsə də, bütün dünyada qüsursuzluğun simvolu kimi qəbul edilən bu qadının stilindən yazmaq həqiqətən həyəcan verir.

Tabloid.az-ın “Onların stili” layihəsi çərçivəsində bu dəb ilahəsinə yazı həsr etməmək günah olardı.

Ancaq sizi bir az intizarda saxlayacağam. Keytin stil sirlərinə keçmədən öncə onun qalmaqallarla dolu eşq həyatına da diqqət çəkmək istəyirəm.

Dəb ikonasının sevgili siyahısı bütün qadınları qısqandıra bilər. Çünki o, dünyanın ən yaraşıqlı və xarizmatik kişiləri ilə münasibətdə olub.

Müxtəlif dövrlərdə Leonardo Di Kaprio, Mark Uahlberq, Deniel Kreyq kimi məşhurlarla sevgili olan Keyt ən ehtiraslıı eşqi isə aktyor Conni Depplə yaşayıb. 4 illik eşq macərasından sonra Coni Deppin onu tərk etməsini həzm edə bilməyən ulduz depressiya düşür və bir müddət xəstəxanada müalicə alır.

Bir müddət Cefferson Heklə birlikdə olan Keyt qızını dünyaya gətirdikdən sonra münasibətinə nöqtə qoyur. 2008-ci ildə isə ona 100 min dollarlıq üzüklə evlilik təklifi edən “The Kills”in solisti Ceymi Hinslə Şotlandiyadakı St. Peter kilsəsində ailə qurur.

Keyt Mossun stil sirləri

“Guardian” qəzetində çıxan bir məqalədə moda ikonasının stil düsturları öz əksini tapıb.

Mən də Keyt Mossun illər ərzində moda qaydalarını pozaraq meydana gətirdiyi stili ilə bağlı 10 sirri sizinlə bölüşməyə qərar verdim.

1. Cinslər ön plandadır

Keyt Moss hələ heç kimin cəsarət edib geyinə bilmədiyi cins şalvar modellərini belə geyinməkdən çəkinmir.

2. Gözəl görünmək üçün çox səy göstərmir

Keyt Mossun ən əhəmiyyətli xüsusiyyətlərindən biri sanki evdən tələsik çıxmış kimi görünməsidir. O, ayna qarşısında saatlala vaxt sərf etmiş qadın təəssüratı oyatmamağa diqqət edir.

3. Keyfiyyətsiz paltarlar geyinmir

Keyt Moss heç vaxt ucuz paltar geyinmir. Həmişə ən keyfiyyətli məhsullar istehsal edən markalara müraciət edir.

4. Moda qaydalarına əməl etmir

Keyt Mossu moda fenomeninə çevirən səbəblərdən biri də daim ondan gözlənilənin əksini etməsidir. Məsələn, zəriflik tələb edən bir dəvətə dəri şalvar və pencəklə gəldiyi halda, bir konsertə hündürdaban ayaqqabıları, şıq libası ilə damğa vura bilər.

O, insanların dəb anlayışına uyğun hərəkət etmir, əksinə hamını özü ilə ayaqlaşmağa məcbur edir. Bəzən insanların özlərinə “Görəsən, biz səhv geyinmişik? “ sualını verməsinə səbəb olur.

5. Dəbdən düşməyən naxışlar

Leopard naxışı, 40-cı illərdə dəbdə olan çiçək naxışları, ümumiyyətlə dəbdən düşməyən, klassikləşmiş bütün parçaları cəsarətlə qarderobuna daxil edir.

6. Bədənə yapışan paltarlar

Qısa boylu, xırda sümüklü bu xanım bəyəndiyi paltarları biçib-kəsib öz əyninə uyğun hala gətirir. Paltarların üzərinə tam oturmasına diqqət edir.

7. Çərçivələrə sığmır

Hippi, “punk”, “glam rok” stillərinə həmçinin, 60-cı illərin, hətta 20-ci illərin dəb tendensiyalarına müraciət edir. Bir tərzə sadiq qalmır.

8. Paltarlara fokuslanır

O, modanı vecinə almır. Keyt üçün önəmli olan paltarlardır. Gözəl və keyfiyyətli paltarlar və aksessuarlar heç vaxt insanı yarı yolda qoymur. Keyt də bunu çox yaxşı bilir. Odur ki, keyfiyyətli bir trençkota və ya ipək köynəyə minlərlə dollar verməkdən çəkinmir.

9. Fantaziyası ilə modaya hökm edir

Keyt Moss başqalarının ağlına belə gəlməyəcək geyimləri kombinə edir. Fantaziyası və zövqü sayəsində paltarları bir-birinə uyğunlaşdırmağı əla bacarır.

Stil qaydalarını yıxaraq yeni trendler yaradır.

10. Ləl-cəvahiratlara laqeyd yanaşmır

Moda ikonası sadə bir paltara gözəllik bəxş etməyin ən yaxşı üsulunun həqiqi ləl-cəvahiratlar olduğunu bilir. Buna görə də bahalı zinət əşyalarını zövqlə seçir və istifadə edir.

Yataqdan durub gəlsə də, dəvətin ən şıq qadını olur

Dəvətlərdə şıq seçimləri ilə yadda qalır. Daha çox ağ, qara, yaşıl, boz rənglərdə və qızılı çalarlarda olan ziyafət geyimlərinə üstünlük verir. Onu nadir hallarda rəngarəng geyimlərdə görmək olar.

Çox vaxt kombinini dəri pencək və ya lüks şuba ilə tamamlayır. Qış aylarında bir-birindən fərqli rəng və naxışda şubaları üzərindən əksik etmir.

Leopard detallarını çox sevən Keytin bu naxışın populyarlaşmasında böyük rolu olub. Onu tez-tez leopard geyimlərdə görmək mümkündür.

Hündürdaban, itiburunlu ayaqqabılar, stillettolar onun ayaqqabı seçimlərində ən diqqətçəkən modellərdir. Dəri çəkmələri də çox sevir.

Dərin dekoltelər deyəndə də ilk ağla gələn məşhur Keyt Moss olur. Dünyanın ən cəsur modeli statusuna layiq görülən ulduz dərin yarıqlı, sinə dekolteli, ziyafət libasları ilə iştirak etdiyi dəvətlərdə kişilərin ağlını başından alır.

Keytin vaz keçilməz saç stili

Hər zaman saç stili ilə qadınları özünə heyran qoyur. Çünki saç stili üsyan edən, heç nəyə əhəmiyyət verməyən qadın ab havası yaradır.

Demək olar ki, saçlarının rəngini və uzunluğunu heç dəyişmir, həmişə standart saç modelindən istifadə edir. Sanki saçlarını daramağa vaxtı olmayıbmış kimi təəssürat yaradan olduqca qeyri-adi saç stilindən vaz keçmir. Bəzən də saçlarını toppuz yığaraq onu bu qədər məhşurlaşdıran üz cizgilərini ön plana çıxarır. Sarı saçdan başqasını özünə yaraşdırmayan ulduz makiyajında isə gözlərini ön plana çıxaran kölgəli göz makiyajını sevir. Çox vaxt dodaqlarına bej tonlarında dodaq boyası çəkir. Nadir hallarda qırmızı dodaq boyasına da müraciət edən Keyt bu zaman göz makiyajını olduqca sadə saxlayır.

40 yaşı olduğuna heç kimi inandıra bilməyən Keyt aksessuarları ilə stilini tamamlayır. O, sadə və eyni zamanda da iddialı aksessuarlar seçir.

Heç vaxt həddən artıq makiyaj etmiş, bol aksessuar taxmış, şişirdilmiş dərəcədə baxımlı halda görmədiyimiz Keyt Moss şıqlığın və zərifliyin əsas düsturunun sadəlik olduğunu dərk edib.

Küçə stilinin kraliçası

Küçə stilinin kraliçası hesab edilən Keyt Moss gündəlik həyatda əsasən, bohem tərzini vurğulayır. Saçaq detalları olan geyim və aksessuarlardan vaz keçməyən stil ikonası dəri və parça pencəklər, cins şalvarlar, qara rəngli dəri şalvarlar, qısa dəri çəkmələr, iri çantalar, dəbli şərflar və aksessuarlarla geyimini tamamlayır. Cazibədar ulduz heç vaxt şıq görünməyə çalışmır. Maraqlısı da elə budur ki, o heç bir xüsusi əmək sərf etmədən də zərif və dəbli görünür.

стиль Кейт Мосс

стиль Кейт Мосс

стиль Кейт Мосс

стиль Кейт Мосс

Naxışlı qısa və maksi donlar da Keytin küçə stilinin əsasını təşkil edir.

очень миленькое платье)

Хит прошедшего лета платье в пол

очень красивый и женственный образ

Qısa şortlar isə Keytin vaz keçilməzləri arasındadır.

мой любимый лук

Payız və qış aylarında isə trençkot, palto və şubalarla qadınlara dəblə bağlı ipucları verir.

Keyt modelyer kimi

2007-ci ildə “TopShop”la əməkdaşlıq edərək öz stilini əks etdirən kolleksiya hazırlayıb. “Topshop” üçün hazırladığı axırıncı kolleksiya isə 2010-2011 payız-qış mövsümündə satışa çıxarılıb.

Keyt Moss jurnal qabıqlarını partlatdı

Təbii ki, bu qədər məşhur bir xanımın fotosessiyaları gündəmi məşğul edir. Keyt Moss hər dəfə məşhur bir jurnalın üz qabığına çıxanda ən az 3 həftə gündəmdən düşmür. Buna səbəb Keytin cəsarətli pozalar verməkdən və fotokamera qarşısına çılpaq halda keçməkdən çəkinməməsidir.

Bu günə kimi bir çox jurnal üçün səs-küy yaradan pozalarda çəkilən modelin bu il “Playboy” üçün etdiridiyi fotosessiya da qalmaqala səbəb olub.

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm