Bredlə Ancelinanın sözü çəp gəldi
Bizi izləyin

Tabloid.az

Bredlə Ancelinanın sözü çəp gəldi

Qeyd edək ki, aktrisa özü də bədənindəki döymələri ilə öyünə bilər. Onun bədənində 17 döymə var. İldən ilə Colinin döyməyə olan ehtirası artır. Ötən il aktisa əlinə daha bir döymə etdirib.

Hollivud aktrisası Ancelina Coli liberal tərbiyə üsulu ilə məşhurdur. 6 uşağına gəlinlik paltarı üzərində rəsm çəkməyə icazə verməsi azmış kimi, aktrisa uşaqlarına bədənlərinə döymə etdirməyə də icazə verib.

Qeyd edək ki, aktrisa özü də bədənindəki döymələri ilə öyünə bilər. Onun bədənində 17 döymə var. İldən ilə Colinin döyməyə olan ehtirası artır. Ötən il aktisa əlinə daha bir döymə etdirib.

Bu liberallığa qarşı çıxan isə ailənin başçısı – Bred Pittdir. “Radio Times” jurnalına müsahibə verən Coli həyat yoldaşının uşaqlara döymə etməsinə qadağa qoyub, xüsusilə də, qızlara.

“Qızlarım tez-tez məndən döymək etmək üçün icazə alırlar. Mən onlara necə yox deyə bilərəm?“, - Coli bildirib. Lakin Bred qəti şəkildə bunun əleyhinədir. Qızlar ataları ilə bu barədə mübahisə edirlər. Bred düşünür ki, qızlar bu kimi şeylər etməməlidirlər.

Yeri gəlmişkən qeyd edək ki, Bred Pittin özünün bədənində ona yaxın döymə var. Aktyorun ən son etdiyi döymələrdən biri isə Cəlaləddin Ruminin şeirindən sətirdir: “Xeyir və şər anlayışlarından kənarda yer var. Mən səni orada gözləyəcəyəm”.

Bundan başqa, aktyor xanımının doğum tarixini də bədəninə döydürüb.

Bədənlərini bəzəmək baxımından liberal olan Coli, heç də uşaqlarının peşə seçimi baxımında belə liberallıq nümayiş etdirmir. O, bu məsələyə çox ciddi yanaşır. Coli uşaqlarının öz valideynlərinin yolunu davam etdirmələrini istəmir:

“Ümid edirəm ki, onlar böyüyəndə çoxlu peşə sahibləri görəcəklər, onları yazıçılar, siyasətçilər ilhamlandıracaq. Onlar indi də çox sərbəstdirlər, ona görə də mənə elə gəlir ki, uşaqlarım ana və atasının yolu ilə getməyəcəklər”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm