Sehrli trikotaj qış donları - Fotolar
Bizi izləyin

Tabloid.az

Sehrli trikotaj qış donları - Fotolar

Sehrli trikotaj qış donları

Qış və soyuq günlər başlayıb, amma siz hələ də şalvarda gəzməyə davama edirsiniz? Məncə, bu, ən böyük dəb xətalarından biridir.

Bugünkü mövzumuz "Sehrli qış donları" sayəsində ərsəyə gətirilən ən qəşəng kombinlərdir. Qış aylarında paltar geyinilməz deyə bir inanc yoxdur. İsti saxlayan və trikotaj qışlıq donlarla siz də rahat və qəşəng qış kombinləri yarada bilərsiniz. Tabloid.az bu yazıda 2015-ci il dəbinə uyğun qeyri-adi qış geyim modellərini və kombinlərini toplayıb.

Toxunma, yun və trikotaj qış geyimləri soyuq günlərdə isti saxlamaqla yanaşı stilimizi şalvarla korlamağa imkan vermir. Unutmayın ki, qadınlar kişi geyimi olan şalvarı mənimsəyib özününküləşdirsələr də, donlarda bir başqa cür görünürlər. Əgər siz də qış stilinizə xələl gəlməsini istəmirsinizsə, soyuq günlərdə şalvarları bir kənara qoyun və qalın donlar geyinin.

Toxunma paltarlar qış aylarında biz qadınlar üçün hər zaman ən yaxşı geyim seçimi hesab olunur. Geyimin modeli və rəngi sizin zövqünüzdən asılıdır. Bu qış bütün rənglər aktual olduğu üçün donları istədiyiniz rəngdə seçmək şansınız var.

Qışlıq donlar həm uzunboğaz, həm də qısa çəkmələrlə əla görünür.

Qışlıq donlar bu mövsüm çox populyardır və onlarla heç vaxt pis görünməzsiniz. Aşağıdakı fotolardan seçdiyimiz qış paltarlarına bir göz atın və tərzinizə uyğun olanlardan özünüz üçün ilham alın...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm