Elnur Adriana Limayla veriliş aparacaq
Bizi izləyin

Tabloid.az

Elnur Adriana Limayla veriliş aparacaq

“O səs Türkiyə” musiqi müsabiqəsində parlayan və türk mediasının diqqətini çəkən azərbaycanlı yarışmaçı Elnur Hüseynov Türkiyənin TV 8 kanalı ilə 1,5 milyon avroluq müqavilə imzalayıb.

“O səs Türkiyə” musiqi müsabiqəsində parlayan və türk mediasının diqqətini çəkən azərbaycanlı yarışmaçı Elnur Hüseynov Türkiyənin TV 8 kanalı ilə 1,5 milyon avroluq müqavilə imzalayıb. Elnur sözügedən kanalda böyük bir layihədə iştirak edəcək.

Tabloid.az bakupost.az-a istinadən xəbər verir ki, Elnur Adriana Lima ilə birlikdə moda verilişi aparacaq:

“TV8 kanalında çox böyük bir layihə başlayır. Bu verilişə Türkiyənin və dünyanın müxtəlif ölkələrindən məşhur oğlan və qız modellər qatılacaq. Qalib 20 milyon dollar qazanacaq.

Qalibləri münsiflər seçəcək. Mən aparıcılıqla yanaşı, həm də münsiflər heyətinə daxiləm. Digər üzvlər Adriana Lima, Meqan Foks, İvana Sertdir. Bu layihə ilə bağlı Acun bəylə bir illik müqavilə imzalamışam”.

Elnur onu da vurgulayib ki, veriliş Türkiyənin hündür binalarında çəkiləcək. Çünki məşhur modellər verlişə helikopterlə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm