• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qış papaqlarına uyğun qəşəng saç düzümləri - Fotolar

Qış papaqlarına uyğun qəşəng saç düzümləri - Fotolar

Papaqların saçlarınızı pozmasından şikayət edirsinizsə, bu təkliflər sizin üçün faydalı ola bilər.

Qadınlar üçün ilin ən sevilən vaxtı gəlib. Saçınızın qurumasına səbəb olan günəş və ya boya, onu məhv edən xlorlu su amillərinin hamısı ortadan qalxıb...

Bütün bu əsəb pozan təsirlərdən başınıza beret və papaq taxaraq xilas ola bilərsiniz. Ancaq bu dəfə də bereti taxdığınız anda saçlarınızın elektrikləndiyini, saçların həcminin azalması kimi yeni problemlərlə qarşılaşacaqsınız.

Bəs, papaqları saçları korlamadan taxmaq olarmı?

Tabloid.az xəbər verir ki, məşhur saç dizaynerləri qışda papaqların saçın həcmini azaltmaması və fasonunu korlamaması üçün müxtəlif çözümlər təqdim edirlər.

Doğru bereti seçin

Əgər saçlarınız təbii şəkildə qabarıqdırsa və bu həcmi itirmək istəmirsinizsə, dar beretlərdən uzaq durmalısınız. Süst hörülmüş beretlər daha geniş sahə təmin edərək saçınızın düzləşməsinə və yapışmasına mane olacaqdır.

Buruq saçlar üçün beret seçimi

Saçları qıvrım və ya dalğalı olanlar üçün rasta stili beretlər ən uyğun modeldir. Bu beretlər saçı birbaşa olaraq örtmədiyi və bir boşluq olduğu üçün saçınızın başınıza yapışmasına mane olur. Bereti taxmazdan əvvəl əlinizlə qıvrım saçlarınızı bir az düzəldin. Bu sayədə bereti çıxardıqda saçınız həcmini və formasını qoruyub saxlayacaq.

İstifadə edəcəyiniz parçanı diqqətlə seçin

Saçınızın həcmini qorumasını və qıvrım saçlarınızın yaxşı qalmasını istəyirsinizsə, sərt parçadan tikilən beretlərdən qaçmalısınız. Yun beretlər sərt olduğu üçün buruq və ya təbii həcmli saçların quruluşunu poza bilər. Kaşmir, ipək və ya anqora beretləri istifadə etməyiniz sizin üçün daha uyğun olar.

Saçın həcmini qorumaq üçün toppuz yığın

Beretin altında saçınızın həcmini itirməsini əngəlləmək üçün saçınızı toppuz yığın. Beret saçınız nə qədər böyük hissəsini örtsə, saçınızın həcmi o qədər yox olacaq. Saçınızın yapışmasını əngəlləmək üçün bereti taxmazdan əvvəl saçlarınız iki tərəfdən də toppuz edə bilərsiniz. Papağı çıxardıqdan sonra saçınızı açanda dalğalı və həcmli saçlara qovuşacaqsınız.

Elektriklənməyə qarşı tədbir görün

Əgər qış aylarında saçlarınız çox elektriklənirsə saçınızın nəm nisbəti aşağıdır. Nəm nisbətini artırmaq üçün beretin içərisinə xüsusi saç kremi, zərdab və ya sprey sürtməyi sınaqdan keçirin. Beretin içinə çəkilən nəmləndirici baxım məhsulları saçınız quru olanda elektriklənməsinə mane olacaq.

Hörüklər

Papaqlarla yığıla bilən ən rahat saç düzümləri hörüklərdir. Xüsusən də balıq quyruğu və ya adi hörüklər papaqla birlikdə gözəl görünür. Yandan hörülən, yarım yığılan saçların kənarlarından nazik hörüklər də papaq taxmaq üçün uyğun saç modelləridir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR