Bülent Ersoy mirasını haraya bağışlayacaq?
Bizi izləyin

Tabloid.az

Bülent Ersoy mirasını haraya bağışlayacaq?

Sənətçinin miras siyahısında nələr var?

Türkiyənin divası Bülent Ersoyun prodüseri və meneceri Fevzi Siverek sənətçi ilə bağlı açıqlamalar verib.

Sənətçinin tək böyrəklə yaşadığını, o böyrəkdə də daş əmələ gəldiyi üçün müalicə olunduğunu deyən Fevzi Siverek buna baxmayaraq, Bülent Ersoyun səhnə fəaliyyətinə davam edəcəyini bildirib.

İfaçının mirasıyla bağlı da danışan menecer onun sərvətinin yarısını Türk Təhsil Vəqfinə, digər yarısını isə Türkiyə Diyanət İşləri Vəqfinə bağışlayacağını deyib.

Fevzi Siverek daha öncə Zeki Mürən və Huysuz Virjin kimi sənətçilərin sərvətlərini Türkiyə Mehmetçik Vəqfinə bağışladığını xatırladan jurnalistlərə Bülent xanımın bu addımı atmayacağını deyib:

“Bilirsiniz ki, çevriliş dövründə Bülent Ersoy ölkədə qadağan edilmişdi, ona yasaqlar qoyuldu. Ona görə də inciyib. Sərvətini Mehmetçik Vəqfinə bağışlamayacaq”.

Sənəçinin meneceri onun sərvətini məhz Diyanətə bağışlamasının səbəbini də açıqlayıb:

“Bülent Ersoy işləyib qazanmağı və xeyriyyə işləri görməyi sevən insandır. Uzun illərdir gizli şəkildə xeyriyyə işləri həyata keçirirdi. İndi qalan mirasını Diyanətə hədiyyə etmək istəyir. "Quran"ı öyrənmək üçün kurs açmaq və məscid inşa etdirmək istəyir”.

Qeyd edək ki, Türkiyədə sənətçilər ildə bir dəfə sərvətlərini açıqlayırlar. Buna uyğun olaraq Bülent Ersoyun miras siyahısında aşağıdakıların olacağı təxmin edilir:

- “Mercedes” avtomobili

- Mərmərədə bir kənd

- Bodrumda bir villa

- Antalyada bir mənzil

- İstanbulda 28 mənzil

- Fənərbağçada bir sauna salonu

- Fəthiyədə yanacaqdoldurma məntəqəsi

- “Türk Telekom Arena”nın inşasında istifadə olunan qüllə-kran və 5 ədəd yük maşını

- “Sultans Restoran”da şəriklik

- 600 min dollar dəyərində zərgərlik məmulatları və kürklər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm