Rihannanın bu ilə damğa vuran çılğın stili - Fotolar
Bizi izləyin

Tabloid.az

Rihannanın bu ilə damğa vuran çılğın stili - Fotolar

Rihanna mahnıları və cəsarətli addımları ilə deyil, həm də stili ilə daim gündəmi məşğul edir

Dünya şöhrətli müğənni Rihanna sadəcə səsi, mahnıları və cəsarətli addımları ilə deyil, həm də stili ilə daim gündəmi məşğul edir. Amerika Moda Dizaynerləri Dərnəyi tərəfindən 2014-cü ilin "stil ikonası" seçilən pop ulduz bu statusa layiq olduğunu hər addımı ilə sübut edir. Küçə stili və qırmızı xalıya geyindiyi hər libasla gündəmə gələn Rihanna bir çox qadına ilham mənbəyi olmağı bacarır.

Tabloid.az Ririnin bu ilki ən iddialı stillərini toplayıb:

Rihannanın bu ilə damğa vuran stili elə “stil ikonası” adına layiq görüldüyü gecəyə gələrkən etdiyi seçim oldu. Amerika Moda Dizaynerləri Dərnəyinin təşkil etdiyi mükafat gecəsinə Adam Selman imzalı, svarovski daşlarla bəzədilmiş şəffaf libasla gələn Riri bütün dünyada aylarla müzakirə olundu.

“iHeart Radio Musiqi Mükafatları”ndakı qeyri-adi saç stili və və yaşıl rəngli dodaq boyası ilə diqqət çəkən Riri “Givenchy” imzalı libası ilə diqqət çəkmişdi. Rihanna saç modelinə görə tənqidlərə məruz qalsa da, gecənin ən diqqətçəkən xanımı olmağı bacarmışdı.

Burun halqasının 2014-cü ilin trend aksessuarına çevrilməsində rolu olan məşhurlardan biri də Rihannadır. Burun dəlikləri arasında qalan qığırdağa halqa taxdıran Rihanna bu hiti stilindən əks etdirənlərin qabaqcıllarından biri oldu. Riri bu aksessuarı küçə stilinə ən yaxşı uyğunlaşdıran ulduzdur.

Bu yaxınlarda baş tutan İngilis Moda Mükafatları gecəsinə qatılan Rihanna yalnız pencək geyinmişdi. “Stella McCartney” imzalı pencəyi, bantlı stilettoları və dəbdəbəli boyunbağısıyla tamamlayan Rihanna möhtəşəm makiyajı və sadə saç stili ilə göz qamaşdırmışdı.

Riri sadəcə dəvətlərdə deyil, küçə stilində də öz sözünü deyir. Bu yay Nyu-Yorkda dostları ilə əylənən Rihanna geyimi ilə hamını təəccübləndirmişdi. Ağ bir kişi alt paltarı ilə cins köynəyi kombinə edən Rihanna bu stiliylə modanın sərhədlərini aşmışdı.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm