Bədəndəki bakteriyaları yox etməyin asan üsulu
Bizi izləyin

Tabloid.az

Bədəndəki bakteriyaları yox etməyin asan üsulu

Türkiyənin tanınmış həkimlərindən professor Ziya Mocan mədədə olan bəzi bakteriyaların zərərindən və müalicə üsulundan bəhs edib

Hər kəsin orqanizmində müxtəlif bakteriyalar var. Ancaq onların çoxu sağlamlıq üçün təhlükəlidir. Türkiyənin tanınmış həkimlərindən biri, professor Ziya Mocan mədədə olan bəzi bakteriyaların zərərindən və müalicə üsulundan bəhs edib.

Tabloid.az Türkiyə mətbuatına istinadən həmin məlumatları sizinlə bölüşür:

Həkimin sözlərinə görə, mədədə çoxalan bakteriya növlərindən biri olan “helikobakter pilori” xora, mədə xərçəngi kimi xəstəliklərin ən böyük səbəbkarıdır. Mədə xərçəngi və xoradan qorunmaq üçün bakteriyanın yox edilməli olduğunu vurğulayan Ziya Mocan bu məqsədlə bol-bol acı bibər yeməyi tövsiyə edir.

"Bu bakteriyadır. Mədənin divarında hərəkət edir. Mədə turşusundan təsirlənmir. Uşaqlıq çağından etibarən mədədə yerləşə bilir. Özü də bu xəstəlik yoluxucudur. Bu bakteriya özbaşına yox olmur. Mütləq müalicə almaq lazımdır. Gigiyenik qaydalara əməl etməyən uşaqlarda daha çox müşahidə olunur. Bu bakteriyanın orqanizmə zərər verdiyinin ilk əlaməti mədədə qastritin meydana gəməsidir. İmmun sistemi zəif olanlarda daha tez inkişaf edir".

Həkim acı bibərin bu bakteriyanın mədədə inkişafına maneə olduğu deyir. Ancaq qastrit problemi ilə üzləşdikdən sonra acı bibər yeməmək məsləhətdir. Həmçinin qazlı içkilər və bol karbonatlı qidalar bakteriyanın inkişafını stimullaşdırır. Bu isə bir müddət sonra mədə xərçəngi ilə nəticələnə bilir.

Qan analizi və nəfəs analizi ilə müəyyən edilən bu bakteriyadan qurtulmaq üçün antibiotiklərlə müalicə şərtdir.

Sarımsağın təsiri

Həkim antioksidant və C vitamini baxımından zəngin olan qidalar yeməklə bu bakteriyanı zəiflətməyin mümkün olduğunu deyir:

“Sağlam qidalanmaq mədədə təhlükəli xəstəliklərin yaranmasının qarşısı alınar. Portağal, cəfəri, qara kələm, bibər, gül kələm kimi qidalar bakteriyanın verdiyi zərəri minimuma endirir. Sarımsaq isə bu bakteriyanın əsl düşməni hesab edilir. Sarımsağın tərkibindəki maddələr bakteriyaları öldürməkdə çox təsirlidir”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm