• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tərəvəz və meyvələrin daha faydalı olması üçün nə etməli?

Tərəvəz və meyvələrin daha faydalı olması üçün nə etməli?

Sağlamlığın keşiyində durmaq üçün təbii qidalara üstünlük vermək kifayət etmir. Qida rasionunuzda meyvə və tərəvəzlər üstünlük təşkil etsə belə, onların faydasını görməyə bilərsiniz. Çünki qidalardan doğru istifadə yollarına müraciət etmək lazımdır. Tabloid.az bu yolları açıqlayır.

Tərəvəz və meyvələrin içindəki bəzi vitaminlər suda həll olur. Bu səbəblə tərəvəz və meyvələri uzun müddət yumaq və ya suda saxlamaq düzgün deyil. Çünki bu həmin meyvə və ya tərəvəzin qida dəyərini aşağı salır. Meyvə və tərəvəzlərin vitaminlərinin itməməsi üçün onları bütöbv şəkildə yumaq lazımdır, doğradıqdan sonra yumaq olmaz. Tərəvəzləri bişirərkən qazana çox su tökməyin. Onları az suda, öz buxarında bişirin.

İri-iri doğrayın

Yemək bişirərkən çalışın ki, tərəvəzləri əlinizlə böləsiniz. Çünki bəzi tərəvəzlər bıçaq dəyən kimi qida dəyərlərini itirirlər. Doğramağa məcbur olduqda isə iri-iri doğrayın. Xırda-xırda doğrmağı birdəfəlik unudun.

Tərəvəz yeməyi bişirərkən vitaminlərdən faydalanmaq istəyirsinizsə, qazanın qapağını bağlı saxlayın. Beləliklə, həm buxar sayəsində vitaminlər yeməyin tərkibində qalır, həm də yeməyin bişmə müddəti qısalır.

Çiy yeyin

Tərəvəz və meyvələrin tərkibindəki yararlı maddələrin sağalmlığınıza fayda verməsi üçün onları çiy halda yeməyiniz vacibdir. Əgər bişirirsinizsə, mümkün olduğunca qısa müddətdə və diriliyini qoruyacaq şəkildə bişirin. Çünki temperatur yüksələndə B və C vitaminləri dəyərlərini itirirlər. İspanaq, brokoli, gül kələm, kələm, badımcan və balqabaq kimi tərəvəzləri ən çox 10 dəqiqə bişirmək olar. Paxla üçün isə bu müddət 20 dəqiqədir.

Tərəvəzləri bişirdiyiniz suyu atmayın

Tərəvəzlərin, hətta makaronun suyunu atmaq olmaz. Bu suları saxlayaraq şorbalara, yeməklərə və souslara əlavə edə bilərsiniz. Beləliklə, yeməklərinizin həm ləzzətini, həm də qida dəyərini artırmış olacaqsınız.

Qabıqları soymayın

Tərəvəz və meyvələri qabıqlı şəkildə yeməyə çalışın. Əgər soymalı olsanız, mümkün olduğu qədər incə təbəqə şəklində soyun. Bir çox vitamin və minerallar tərəvəz və meyvələrin qabığında və ya qabığın altındakı qisimlərdə olur.

Şəkər tozunu sonda əlavə edin

Südə şəkər tozunu sonda əlavə edin. Südü qaynadıb ocaqdan götürdükdən sonra şəkər tozunu əlavə etmək olar. Bişirmə əsnasında əlavə olunan şəkər tozu isə zülal itkisinə səbəb olur. Bu kompotlar üçün də keçərlidir. Meyvələrin vitaminlərinin itməməsi üçün şəkər tozu həmişə sonda əlavə edilməlidir.

Qatığın suyunu atmayın

Qatığın suyunun süzülməsi B2 vitaminin itkisinə səbəb olur. Bu vitamin bədəndə bir çox funksiyaları yerinə yetirir. Ona görə də qatığı suyu ilə birlikdə istifadə etmək lazımdır.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR