Nəbahat Çəhrə niyə ana olmadığını açıqladı
Bizi izləyin

Tabloid.az

Nəbahat Çəhrə niyə ana olmadığını açıqladı

"Səbəbi karyera deyildi"

“Qanlı yanvar” filminin çəkilişləri üçün Bakıda olan aktrisa Nəbahət Çəhrə Türkiyə mətbuatına rol aldığı ekran işi və şəxsi həyatı haqda maraqlı açıqlamalar verib. Filmin ssenarisini çox bəyəndiyini deyən aktrisa canlandırdığı obrazdan da razı qalıb:

“Bu mövzularda çox həssasam. Ssenarini böyük bir zövqlə qəbul etdim. Çəkilişlər çox gözəl gedir. Ana obrazını canlandırıram. Bu, indiyədək oynadığım digər ana obrazlarından fərqlənir. Təbii, heç makiyaj etməyən bir qadındır. İki övladının xoşbəxt olması üçün çalışan, ailə ocağını qorumaq üçün mübarizə aparan, nəvələrini görməyə çalışan bir anadır”.

Nəbahat Çəhrə özünün indiyədək ana olmamasının səbəbini də açıqlayıb:

“Ana olmadım. Bunu özüm istəmədim. Səbəbi karyera deyildi. Mən balaca olanda atam rəhmətə getdi. 5 yaşımda Samsundan İstanbula köçdük. Anamın ikinci dəfə ailə qurduğu şəxs hakim idi. Ögey atamı bir o qədər də sevə bilmədim. Deyəsən, bu düşüncə o vaxtdan beynimdə qaldı.Uşağın ana-atası ilə xoşbəxt böyüyə biləcəyinə inanıram”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm