Müğənnilərimiz üçün bəd xəbər
Bizi izləyin

Tabloid.az

Müğənnilərimiz üçün bəd xəbər

“İnstaqram” sosial şəbəkəsi saxta profillərlə mübarizəyə başlayıb.

“İnstaqram” sosial şəbəkəsi saxta profillərlə mübarizəyə başlayıb. Tabloid.az xəbər verir ki, bu şəbəkədə təmsil olunanlara portalın administrasiyası tərəfindən belə xəbərdarlıq göndərilib:

“Yaxın bir neçə gündə Sizin izləyicilərinizin sayında azalma baş verə bilər. Biz yalançı, spam yollayan profillərin təmizlənməsi ilə məşğul oluruq”.

Onu da qeyd edək ki, Azərbaycan şou-biznesinin əksər nümayəndələri “İnstagram” sosial şəbəkəsində fotolar paylaşırlar. Yeri gəlmişkən, müğənnilərimizin pul verərək yalançı profillərlə izləyicilərinin sayını çoxaltdığı deyilir. Amma deyəsən, bu xəbərə sevinənlər də var.

Bu xəbərə ən çox sevinən prodüser Tolik olub. O, konkret ad çəkməsə də, yalançı profillərdən istifadə edərək izləyici çoxaldanlara mesaj yollayıb:

“Şad xəbər! “İnstaqram” saxta yolla özünə izləyici artıran yalançı hesabların silinməsinə başlayıb. Vay bəzi müğənnilərin halına. Bir gün görəcəksiniz ki, izləyicilərinizin 50 faizi qalıb”.

Qeyd edək ki, “İnstaqramda” azərbaycanlı müğənnilər arasında ən çox sevilən Günay İbrahimli, Röya Ayxan, Sevda Yəhyayeva, Xatirə İslam, Aygün Kazımovadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm