Xanımları inanılmaz zərif göstərən stil - Fotolar
Bizi izləyin

Tabloid.az

Xanımları inanılmaz zərif göstərən stil - Fotolar

Xanımları zərif göstərən stil

Amerika QİÇS İcması və Araşdırma Dərnəyinin ənənəvi Yeni il yeməyinə qatılan Kim Kardashyan stili ilə diqqət çəkib. Tabloid.az xəbər verir ki, Kim dünən axşam Nyu-Yorkda təşkil olunan gecədə zümrüd rəngli atlaz brelet, zərif çəhrayı qələm ətəyi ilə göz oxşayıb. Paltarın müəllifi isə Rusiyanın tanınmış modelyeri Ulyana Serqenkodur.

Kim daha əvvəl verdiyi müsahibəsində crop top (qısa) üstlər və yüksək bel qələm paltarların ən sevdiyi stil olduğunu deyib. Kim Kardaşyan bu kombinin onu zəif göstərdiyini düşünür. Geyim seçimlərində də bütün bədəninə yapışan parçalara üstünlük verən Kim lentli stiletto ayaqqabılarından da əsla imtina etmir.

Kim Kardashyanın bu çox sevdiyi stilindən ilham alaraq məşhur TV ulduzunun bezmədən geydiyi digər crop top stil bir araya gətirdik. Görək, Kimin hansı kombinini bəyənəcəksiniz?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm