Fanatları Elnarəni sevindirdi
Bizi izləyin

Tabloid.az

Fanatları Elnarəni sevindirdi

Müğənni Elnarə Xəlilovanın yeni fan-səhifəsi yaradılıb.

Müğənni Elnarə Xəlilovanın yeni fan-səhifəsi yaradılıb. Türkiyədə istifadəyə verilən fan-səhifə Elnarənin türkiyəli fanatlarının təşəbbüsü ilə yaradılıb. Tabloid.az-a müğənninin mətbuat xidmətindən bildirilib ki, səhifədə Elnarənin şəkil qalereyası, yaradıcılığı haqqında ətraflı məlumat, mahnıları və mahnılarının sözləri yer alıb. Burada izləyicilər müğənni haqqında fikirlərini də bölüşüblər.

Maraqlıdır ki, fan-səhifənin yaradılması müğənniyə necə təsir edib? Elnarə Tabloid.az-a verdiyi açıqlamada bunu sevənlərinin ona hədiyyəsi kimi qəbul etdiyini söyləyib:

“Türkiyədəki və Azərbaycandakı bütün fanatlarımı çox sevirəm. Doğrudur, Azərbaycanda həm “Facebook” hesabımda, həm də “Instagram”da fan-səhifəm kifayət qədər aktivdir. Lakin ilk dəfədir ki, fan-səhifəm yaradılıb. Bunun Türkiyədə yaradılması isə xüsusi ilə çox sevindiricidir. Bu, sevənlərimin mənə hədiyyəsidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm