“Qarabağ”ın dərdinə şərik oldular - Fotolar, Video
Bizi izləyin

Tabloid.az

“Qarabağ”ın dərdinə şərik oldular - Fotolar, Video

Bu gecə sosial şəbəkələrdə futbol statuslarının sayı-hesabı yox idi.

Bu gecə sosial şəbəkələrdə futbol statuslarının sayı-hesabı yox idi. Hamı “Qarabağ” və “İnter” futbol klublarından, daha dəqiq desək, “Qarabağ”a olan haqsızlıqdan yazırdı. Hələ söz- sənət peşəkarları bu oyuna bədahətən şeir də yazıblar. Məsələn, meyxanaçı Elşən Xəzər belə bir meyxana yazıb:

Bu gözəl xalqımızın ruhudu hər an Qarabağ,

Səni tək qoymayacaq Azərbaycan Qarabağ,

Yenə haqsızlığa məzlum kimi dözdün, susdun,

Qoluvu saymadılar can Qarabağ, can Qarabağ...

Müğənni Xatirə İslam isə 1 gün öncə mətbuat konfransı keçirərək “Qarabağ” futbol klubuna mahnı həsr etməklə yanaşı, həyat yoldaşı ilə “Qarabağ” futbol klubuna dəstək nümayiş etdirmək üçün Tofiq Bəhramov adına stadiona da gedib.

Sosial şəbəkədə müğənni Reynaldo ilə şəklini paylaşıb.

Qeyd edək ki, “Qarabağ” və “İnter” futbol klubları arasında hesab 0:0 olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm