Saqqallı kişilərin çılğın Yeni il dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Saqqallı kişilərin çılğın Yeni il dəbi - Fotolar

İtlər və kişilər üçün yeni dəb tendensiyası

Yeni ildə şam ağacını bəzəmək artıq ənənə halını alıb. Ancaq bu il moda sevərlər yeni bir tendensiya ilə üzləşəcəklər. Belə ki, İngiltərənin aksessuar istehsal edən firmalarından biri saqqala taxıla bilən Yeni il bəzəklərini satışa çıxarıb.

Əldə edilən gəlirin xeyriyyə məqsədilə istifadə ediləcəyini bildirən şirkət aksessuarların gözlədiklərindən daha çox diqqət gördüyünü açıqlayıb.

Şirkət səlahiyyətliləri xüsusilə, Fransa, Almaniya, ABŞ və Avstraliya kimi ölkələrdən tələb olduğunu bildiriblər. Onlar it saxlayan insanların da bu aksessuarlara böyük maraq göstərdiklərini bildiriblər. Şirkətdən verilən məlumata görə, xüsusilə də qadınlar Yeni il gecəsi itlərini bəzəmək üçün bu aksessuarlardan istifadə etməyə maraqlıdırlar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm