Cinsi həyatda aktiv olmayan kişilərdə bu xəstəlik baş verir
Bizi izləyin

Tabloid.az

Cinsi həyatda aktiv olmayan kişilərdə bu xəstəlik baş verir

Prostat vəzi xəstəliklərinin əlamətləri

Prostat vəzi xəstəlikləri müəyyən yaşdan sonra demək olar ki, bütün kişiləri narahat edir. Daha öncə prostat vəzinin adenoması və xərçəngi barədə məlumat vermişdik. Bu dəfə isə ən çox rast gəlinən prostat vəzi xəstəliklərindən ikisi barədə məlumat verməyə çalışacağıq.

Bunlardan biri kəskin prostatit xəstəliyidir. Bu prostat vəzinin kəskin iltihabı deməkdir. Kəskin prostatit insan həyatını təhlükə altına sala biləcək bir xəstəlikdir.Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəlik daha çox 40-50 yaşlarında olan insanlarda müşahidə olunur.

Bu xəstəliyə sidik kanalı, qan və limfa damarları vasitəsilə prostat vəzinə bakteriyaların daxil olması səbəb olur. Xəstəlik qəflətən inkişaf edə bilir. Xəstəliyin simptomları sidiyə gedərkən ağrının olması, bədən temperaturunun 40 dərəcəyə qədər qalxması, titrəmə, tərləmə və s. olur.

Ağır hallarda infeksiya vəzin venoz damarlarına daxil olaraq, qan dövranına təsir edir və nəticədə də arterial təzyiq enir. Bu hal yaşlı insanların 50 faizinin ölümünə səbəb ola bilir.

Kəskin iltihab sidik ləngiməsinə gətirib çıxarır. Belə hallarda infeksiyanın daha çox yayılması və sepsislə nəticələnə bilir. Bu zaman sidiyi boşaltmaq üçün qasıqüstü nahiyədən xüsusi kanal yaradılır.

Kəskin prostatitin müalicəsi sürətli aparılmalıdır. Çünki xəstəlik sürətlə yayılır və iltihabi xüsusiyyətlidir. İlk növbədə venadaxilinə antibiotiklər təyin olunur. Əksər hallarda 2-3 gün ərzində müsbət dəyişikliklər başlayır. Bədən temperaturu enir, ağrılar olmur və sidiyə getmə normallaşır. Lakin antibiotiklər 3 həftə tətbiq olunmalıdır.

Bu xəstəlikdən xilas olan xəstə ildə 2 dəfə uroloqun müayinəsindən keçməlidir. Xəstəlik təkrarlandıqda kiçik dozalarda 6-12 ay müddətində antibiotiklər təyin olunur. Ancaq müalicə effekt vermədikdə cərrahi müdaxilə şərtdir.

Xroniki prostatit də kişilərə əziyyət verən xəstəliklərdən biridir. Bu xəstəlik zəif inkişaf edir. Xəstəlikdən ən çox 20-50 yaşlı arası kişilər əziyyət çəkirlər. Xroniki prostatit kəskin prostatitin nəticəsində də ola bilər. Bəzən də buna iltihabi proses səbəb olur. İltihabi proses isə bağırsaq çöpü, göbələklər və ya virus sayəsində yaranır.

Uzunmüddətli cinsi əlaqə olmadıqda və az hərəkətli həyat tərzi keçirdikdə insanlarda bu xəstəlik yaranır. Bu da prostatitin tam infeksiya mənşəli olmadığını göstərir. Belə ki, xəstəliyin əsas səbəbi prostat vəzində vəz şirəsinin durğunluğu ola bilər. Prostat vəzinin şirəsi antibakterial təsirə malikdir və ona toxunan hər növ mikrobu sürətlə öldürməyə qadirdir. Orqazm zamanı prostat vəzin əzələləri sıxılaraq həmin şirənin xaric olmasına və vəzidə yenilənməsinə səbəb olur. Cinsi həyatı aktiv olmayan insanlarda bu şirə yenilənmədiyi üçün prostatit xəstəliyi meydana gələ bilir.

Çünki bu zaman şirə antibakterial xüsusiyyətlərini itirir, orqanizmdə "yatmış" bakteriyalar oyanır, bu da öz növbəsində iltihabi prosesə səbəb olur.

Bu xəstəliyin simptomlarını xəstə özü də müşahidə edə bilir. Belə ki, xəstəliyə yaxalananlar vaxtından qabaq spermanın ifraz olunmasından şikayət edirlər. Həmçinin orqazm zamanı və orqazmdan sonra kanalda yanma hissinin olması, spermanın həcminin azlığı və qatı olması vəzin funksiyasının pozulması ilə əlaqədardır. Müxtəlif nahiyələrdə - axırıncı qabırğalardan başlamış, dizlərə qədər ağrılar ola bilər. Ən xarakterik ağrılar isə qarnın aşağı hissəsində yaranan ağrılardır. Bəzi hallarda prostatit xəstəliyi sonsuzluğa da səbəb ola bilir.

Bundan başqa, cinsi orqanlar nahiyəsində normadan artıq tərləmə, həmin nahiyənin dərisində həssaslığın azalması və ya çoxalması, cinsiyyət orqanın ölçüsünün azalması da müşahidə olunan simptomlr arasındadır.

Bəzi xəstələr isə yuxu pozğunluğu, əsəbilik və yorğunluq hiss etdiklərini vurğulayırlar. Ən xarakterik simptomlardan biri isə spermanın xaric olması zamanı ağrının olmasıdır.

Xəstəliyin erkən mərhələlərində və gənc yaşlarda müalicənin effektivliyi daha yüksəkdir. Əksər xəstələr isə bu xəstəliklə ömür boyu yaşamaq məcburiyyətində qalırlar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm