Miranda Kerr Yeni ili keçmiş həyat yoldaşı ilə qeyd edəcək
Bizi izləyin

Tabloid.az

Miranda Kerr Yeni ili keçmiş həyat yoldaşı ilə qeyd edəcək

Cazibədar model Yeni ili kiminlə qeyd edəcək?

Dünyanın ən gözəl cütlükləri arasında göstərilən aktyor Orlando Blumla model Miranda Kerr boşansalar da aralarındakı sevgi və hörmət azalmayıb. Bunu ötən gün “Ellen DeGeneres Show”a qonaq olan Orlando Blumun açıqlamaları bir daha sübt edib. Aktyor bildirib ki, Miranda ilə yolları ayrılsa da, onlar həmişə ailə olacaqlar:

“Biz Milad bayramını birlikdə qeyd edəcəyik. Bütün ailə toplaşacağıq. Bir oğlumuz var, ona görə də biz həmişə ailə olacağıq. Oğlumuzun xoşbəxtliyi üçün bu, vacibdir”.

Qeyd edək ki, Miranda Kerr həyat yoldaşı Orlando Blumdan ayrıldıqdan sonra adı müğənni Castin Biber, milyonçu Ceyms Parker və son olaraq aktyor Tom Kruzla hallanıb.

Yaraşıqlı aktyor Orlando Blum isə bir neçə dəfə Selena Qomezlə görüntülənsə də daha sonra aktrisa Marqo Robbi ilə birlikdə olduğu ortaya çıxıb. Maraqlıdır ki, bütün bunlar Miranda ilə Orlandonun bir-birlərinə olan münasibətlərini dəyişməyib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm