“BBC Music Awards 2014”ün qalıbləri bəlli olub
Bizi izləyin

Tabloid.az

“BBC Music Awards 2014”ün qalıbləri bəlli olub

“BBC Music Awards 2014”ün qalıbləri bəlli olub

Ötən gün İngiltərənin paytaxtı Londonda “BBC Music Awards 2014” mükafatlandırma mərasimi baş tutub. Mükafatın nominasiyalarının sayı çox olmasa, onu əldə etmək musiqiçilər arasında nüfuzlu sayılır.

“İlin ən yaxşı Britanıyalı artisti” nominasiyasında 23 yaşlı müğənni Ed Şiran qalib gəlib. Onun albomu 2014-cü il ərzində Böyük Britaniyada ən çox satılan albom olub. Gənc müğənni bir sıra yaşlı həmkarlarını, Devid Boui , Sem Smit və digərlərini geridə qoymağı bacarıb.

BBC “İlin ən yaxşı beynəlxalq artisti” nominasiyasında qalib olaraq Farrell Uilyamsı görüb. Amma bu, müğənninin tək mükafatı olmayıb. Uilyamsın “Happy” hiti “İlin mahnısı” nominasiyasında da qalib gəlib.

Tabloid.az “BBC Music Awards 2014” müsabiqəsinin qaliblərinin siyahısını təqdim edir.

“İlin ən yaxşı britaniyalı artisti”

• Ed Sheeran —Qalib

• David Bowie

• Sam Smith

• Elbow

• Jungle

• Royal Blood

“İlin ən yaxşı beynəlxalq artisti”

• Pharrell Williams —Qalib

• Dolly Parton

• Gregory Porter

• Lorde

• Prince

• Taylor Swift

“İlin mahnısı”

• Pharrell Williams – “Happy” —Qalib

• Clean Bandit — “Rather Be”

• Lorde — “Royals”

• Sam Smith — “Money on My Mind”

• Ed Sheeran — “Sing”

• Ella Henderson — “Ghost”

• Coldplay — “A Sky Full of Stars”

• George Ezra — “Budapest”

• Kiesza — “Hideaway”

• Nico & Vinz — “Am I Wrong”

BBC-nin yeni ifaçılar üçün mükafatı

• Catfish and the Bottlemen — Qalib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm