Sənətçilərimiz ulu öndəri anıblar
Bizi izləyin

Tabloid.az

Sənətçilərimiz ulu öndəri anıblar

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatından 11 il keçir. Bununla əlaqədar olaraq, Azərbaycanın bütün yaşayış bölgələrində anım mərasimləri təşkil olunub.

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatından 11 il keçir. Bununla əlaqədar olaraq, Azərbaycanın bütün yaşayış bölgələrində anım mərasimləri təşkil olunub.

Şou biznes nümayəndələri də sosqil şəbəkələrdə ulu öndərlə bağlı bəzi xatirələrini paylaşıblar. Onlardan biri də Elza Seyidcahan olub. Tabloid.az əməkdar artistin Heydər Əliyevlə unudulmaz xatirəsini təqdim edir:

“Xoşbəxt insanam...Bu böyüklükdə ulu öndərimiz gözlərimin içinə baxaraq mənim o gecə gördüyüm yuxunu danışdığımı diqqətlə dinlədi... Həmin gecə mən yuxumda Heydər Əliyevi görmüşdüm. Yuxuda görürdüm ki, hər kəs onu öpür, salamlayır, mən isə əlimi toxundurmaq istəsəm də, böyük izdiham məni ondan uzaqlaşdırdı... Ancaq səhəri gün real həyatda ulu öndərimiz özü məni şəxsən müğənnilərin arasından çıxardaraq bağrına basır və “Sən hələ oxumamısan? deyə soruşur. Allah ruhunuzu şad etsin. Biz sizin yolunuzla gedirik və gedəcəyik, ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm