Bəstəkardan ulu öndərə ithaf - Video
Bizi izləyin

Tabloid.az

Bəstəkardan ulu öndərə ithaf - Video

“Ulu Öndər” adlanan mahnı Türkiyədə peşəkar musiqiçi heyəti tərəfindən aranjeman olunub.

Bəstəkar və şair Tural Bayraməliyev mərhum prezidentimiz Heydər Əliyevin anım günündə ona söz və musiqisi özünə məxsus olan yeni kompozisiyasını ithaf edib. “Ulu Öndər” adlanan mahnı Türkiyədə peşəkar musiqiçi heyəti tərəfindən aranjeman olunub.

Əməkdar artist Almaz Ələsgərlinin ifasında lentə yazılan ithaf nəğməsi klassik notlara köklənib. Mahnı skripkanın və müxtəlif alətlərin müşayiəti ilə yazılıb.

Rejissor Natiq Novruzovun ekran həyatı verdiyi klipdə həmçinin sinxrondan istifadə edilib. Mətbuata açıqlama verən Tural Bayraməliyev bunları qeyd edib:

“Ulu Öndərimiz musiqinu duyan və ona dəyər verən şəxsiyyət olub. Onun xatirəsini əziz tutan belə bir layihəni ərsəyə gətirməyi özümə borc bildim. Həm musiqidə, həm sözlərdə, eyni zamanda klipdə dahi şəxsiyyəti əks etdirməyə çalışmışıq”.

Xatırladaq ki, buna qədər Tural Bayraməliyev Heydər Əliyev haqqında “Xalqımızın qəlbindəsən” (ifa Nisə Qasımova) və “Ölməz prezident” (ifa Gülyaz və Gülyanaq Məmmədova bacıları) nəğmələrini ithaf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm