Hamilə Keyt Middleton nə yeyir?
Bizi izləyin

Tabloid.az

Hamilə Keyt Middleton nə yeyir?

Kembric hersoginyası pizza dəlisidir.

Paparassilər Keyt Middletonu və şahzadə Uilyamı izləməkdən bezmirlər. Hətta onlar kral ailə üzvlərinin nə yemələri ilə də maraqlanırlar.

Tabloid.az “Us Weekly”yə istinadən xəbər verir ki, ABŞ-a 3 günlük səfəri çərçivəsində ikinci hamiləliyini yaşayan Keyt qaldığı “Carlyle Hotel”-ə 3 böyük və acılı sosiskali pizza sifariş verib.

Digər bir qərb mətbu orqanı isə Keyt və Uilyamın pizza həvəskarı olduğunu yazır:

“Onlar bu yeməyi çox sevirlər. Keyt hələ birinci hamiləliyində supermarketdən dondurulmuş pizza alırdı. İlk uşağı, şahzadə Corc dünyaya gələndən bir neçə saat sonra isə 2 böyük pizza sifariş verib”.

Məlumatda deyilir ki, ilk hamiləliyində Keyt Middleton bulka dəlisi olub. Ona hər zaman elə gəlir ki, az yeyir. Buna görə də, nahardan sonra o, həmişə ənənəvi ingilis çayı ilə bulka yeyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm