Ruhi Əliyevanın verilişində inanılmaz hadisə – Foto reportaj
Bizi izləyin

Tabloid.az

Ruhi Əliyevanın verilişində inanılmaz hadisə – Foto reportaj

Ruhi Əliyeva tabloid.az-a açıqlamasında “layihəmizin məqsədi xanımları gözəl geyindirməkdir" - söylədi.

İş xanımı, bir çox layihələrin müəllifi və Azərbaycanın dəb mütəxəssisinə çevrilən Ruhi Əliyevanın təqdimatında yayımlanan “Dəb Siz” verilişinin növbəti efiri də maraqlı anlarla yadda qalıb. Verilişin ən maraqlı məqamı isə tərzini dəyişdirib, başdan yaratmağa çalışdıqları xanımın donlarının ətəklərini həyat yoldaşının qısaltması olub. Bu barədə az sonra aşağıda öyrənə biləcəksiniz...

Proqramın formatına uyğun olaraq əsas qəhrəmanı modelyer Afaq İsmayılzadə ittiham edib, Fərqanə Eyvazlının vəkili jurnalist Türkan Məmmədli, hakim isə Ruhi Əliyeva olub.

“Dəb Siz”də ekspert rolunda isə əməkdar artist Nahidə Orucova, müğənni Vüqar Muradov və tanınmış jurnalist Vüqar Vüqarlı çıxış ediblər.

Tabloid.az xəbər verir ki, bu dəfə proqramın qəhrəmanı olan Fərqanə Eyvazlını dəyişmək üçün rəfiqəsi müraciət edib. Evdar xanım olmasına baxmayaraq, verilişin qəhrəmanı hər zaman dikdaban ayaqqabılarda gəzməyə üstünlük verir. Qarderobunda demək olar ki, bir cüt də olsa, yastıdaban ayaqqabı yoxdur. Rəfiqəsini də ən çox bu, narahat edir. Həmçinin rəfiqəsi onu daha cavan və daha gözəl görmək istədiyi üçün müraciət etdiyini bildirib.

Paltarlarının çoxu isə qısadır. Qısa olmasının səbəbi isə həyat yoldaşıdır. Azərbaycan kişiləri həyat yoldaşına çox vaxt qısa geyinməyi qadağan edir. Fərqanə Eyvazlının isə həyat yoldaşı şərq kişilərinə heç bənzəmir.

R.Əliyeva verilişdə bildirdi ki, həyat yoldaşı F.Eyvazlıya uzun geyimlər yaraşmadığını düşündüyü üçün onun donlarını kəsib qısaldır. Bu, fikir verilişdə böyük təəccübə səbəb olub.

Şəxsi qarderobunu podiumda nümayiş etdirən F.Eyvazlının geyimlərini və hündürdaban ayaqqabılarını həm modelyer Afaq İsmayılzadə, həm də verilişə gələn ekspertlər kəskin şəkildə tənqid ediblər. Qəhrəmanın vəkili Türkan Məmmədli boyu balaca olduğu üçün hündürdaban ayaqqabı geyindiyini müdafiə etsə də, qəbul olunmayıb. Yəni, o, zövqsüz xanımı müdafiə etməkdə aciz qalıb. Lakin “Dəb Siz” verilişinin sonunda bu xanım əsl dəb nümunəsinə çevirib.

Verilişin müəllifi, aparıcısı və hakimi Ruhi Əliyeva tabloid.az-a açıqlamasında “layihəmizin məqsədi xanımları gözəl geyindirməkdir. Burada xanımların geyim tərzinə müdaxilə olunur. Onlara düzgün geyinməyi öyrədirik, öz tərzlərini tapmağa kömək edirik.

Bu həftəki iştirakçımızın da geyimindəki qüsurları düzəltməyə çalışdıq”, - söylədi.

Qeyd edək ki, “Dəb Siz” hər həftənin bazar ertəsi saat 12:00-da ATV kanalında yayımlanır.

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm