Qışın ovsunlayıcı manikür dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Qışın ovsunlayıcı manikür dəbi - Fotolar

Qışın ovsunlayıcı manikür dəbi

Dırnaqlarda həndəsi və ovsunlayıcı naxışlar mövsümün diqqətçəkən trendlərindəndir.

Klassik manikür hamıya yaxşı məlumdur və çoxlar məhz bu manikür növünə üstünlük verir. Bu zaman kutikula isti vannadan sonra çıxarılır. Kutikula işləndikdən sonra dırnağa lazımi forma verilir və mütləq baza lakı vurulur. Baza lakı dırnaqları qoruyur, tərkibinə vitamin və mikroelementlər daxil olduğu üçün onları sağlamlaşdırır, əsas lak tonunun yaxşı vurulmasına kömək edir və onun davamlılığını artırır.

Fransız manikürü bu qış da çox dəbdə olacaq. Mat və parlaqlığın dırnaqda birləşməsi də çox aktualdır.

Klassik fransız maniküründən fərqli olaraq dırnaq uclarında qırmızı və ya qara kimi rənglərdən istifadə ediləcək.

Dırnaq formaları

Əgər barmaqlarınız qısadırsa və siz dördkünc dırnaq formasını sevirsinizsə, o zaman heç düşünmədən fransız manikürü ilə bu problemi aradan qaldıra bilərsiniz.

Toppuş barmaqlı ələ sahib olan xanımlar dırnaqlarını oval şəkildə manikür etsələr, əlləri yetərincə zərif görünəcək.

Uzun və incə barmaqlı xanımlar dördkünc-oval qarışıq dırnaq forması ilə əllərinə xüsusi görünüş verməklə, mövsümün mükəmməl obrazını tamamlayacaqlar.

Əgər dırnaqlarınız qırılırsa və yaxud formasında problem varsa, o zaman siz taxma dırnaqlardan istifadə edə bilərsiniz. Dəb diktatorları taxma dırnaqları qəbul etməsələr də, özəl günlər üçün bunlar hələ də keçərlidir. Lakin bu il həm də qısa dırnaqlar dəbdə olduğu üçün sadəlik gözəllikdir deyib, təbii dırnaqlarınızı paltarınıza uyğun tonlarda bəzəyə bilərsiniz.

Rəng trendi

2014-cü ilin qış aylarında dırnaq dəblərinə nəzər salsaq, bu ilin trendi nanə, yaşıl, bənövşəyi, metal, bej və həmişə dəbdə olan ağ və qara rənglərdir. Tünd rənglərin üstünlük təşkil edəcəyi bu mövsümün dəbində iki müxtəlif rəngli fransız manikürü də aktualdır. Bütün bunlarla yanaşı, qeyri-adi dırnaq dizaynları cəsarətli xanımların imicini tamamlayacaq. Ümumiyyətlə, ilin manikür dəbi özünü sizin zövqünüzə təslim edəcək desək, yanılmarıq.

Dırnaq naxışları

Hələ qədim yunan və Misir mədəniyyətlərində qadınlar dırnaqlarını bildikləri formada bəzəyirdilər. Bu gün də qadınların sevimli məşğuliyyətindən olan dırnağın bəzədilməsi xanımların əhval ruhiyyəsini yüksəltmək, əllərin zərifliyini vurğulamaqla yanaşı, həm də geyimi və aksesuarları tamamlamaq üçün düşünülmüş əla variantdır.

Tabloid.az qışın dırnaq dəbinə aid fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm