Dəfnə sabununun əvəzolunmaz faydaları
Bizi izləyin

Tabloid.az

Dəfnə sabununun əvəzolunmaz faydaları

Dəfnə sabununun əvəzolunmaz faydaları

Dəfnə ağacının yarpaqları ilə yağlarından istehsal edilən dəfnə sabunu saçı bəsləyib qüvvətləndirir.

Mifdə Günəş tanrısı Apollondan qaçan su pərisi Dafnenin dəfnə ağacına çevrilməsi ilə əfsanələşən dəfnə ağacının yarpaqları ilə yağlarından sabun istehsal edilir. Dəfnə sabunu saçı qidalandırıb möhkəmləndirərək saç tökülməsinin qarşısını alır.

Mikrob öldürücü xüsusiyyətə malik olan dəfnə sabunu göbələk və ekzema xəstəliklərinə yaxalanma riskini azaldaraq orqanizmi xəstəliklərdən qoruyur. Dərman hazırlanmasında və dəri baxımında da istifadə edilən dəfnə sabunu dəridəki məsamələri açaraq quru dəriyə parlaqlıq və yumşaqlıq verir. Dəfnə sabunu tərkibindəki xlorofil sayəsində quruduqca rəngi bir az da açılır.

Dəfnə sabunu ən çox satılan məhsullar arasında yer alır. Dəfnə sabunu xüsusilə Türkiyədə, Hatayda bitən dəfnə ağacının yarpaqlarından və zeytun yağı ilə birlikdə istehsal olunan bir sabundur. Dəfnə sabunundan saç tökülməsi, yağlanması və qaşınmasının da qarşısını almaq üçün istifadə edilir.

Bitki mənşəli məhsullarda kimyəvi maddə olmadığı üçün saçda kəpək və tökülmə olmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm