• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sərxan Kərəmoğluya brilliant qaşlı üzüyü kim bağışladı? -FOTOLAR

Sərxan Kərəmoğluya brilliant qaşlı üzüyü kim bağışladı? -FOTOLAR

Bütün küsülülər üz-üzə gəldi, keçmiş duet ortaqları bir masa arxasında yanbayan əyləşdi, hətta şou-biznesin eks ər-arvadları qonşu masalardan bir-birinə çəpəki baxdı…

Publika.az-ın məlumatına görə, bütün bunlar Lider Televiziyasının “Nə olsun” verilişinin yüzüncü sayı münasibəti ilə keçirilən mərasimdə yaşandı. Proqramın məşhur aparıcısı Sərxan Kərəmoğlu şou əhlini bir araya gətirib məclis düzənlədi. Vur çatlasın, çal oynasın. Manaf Ağayev, Yusif Mustafayev, Mətanət İsgəndərli, Vasif Məhərrəmli, Nadir Qafarzadə oxudu, Mətanət Əsədova, Natəvan Həbibi, aktrisa Məleykə Əsədova,Vəfa Zeynalova, Bahar Lətifqızı qol qaldırıb oynadı.

Tədbirin aparıcısı da elə Sərxan Kərəmoğlu özü idi. Nədənsə tədbirdə hər kəs Sərxanın verilişinin yüzüncü nömrəsi ilə yaş məsələsini qatıb-qarışdırmışdı. Verilişin yüzüncü sayı əvəzinə aparıcının yüzüncü yaşını təbrik edirdilər.

Ay Sərxan, şou əhlinin ağzı faldır ha, deyəsən uzunömürlülər siyahısına daxil olacaqsan. Nə isə, Kərəmoğlu şou əhli ilə bir şıdırğı getdi ki, kənardan baxan olsaydı, deyərdin Sərxan özünə toy çaldırır. Amma iki oğlunun gözündən iraq. Yeri gəlmişkən, aparıcının oğlanları da tədbirə qatılmışdı, yaraşıqda heç də atalarından geridə qalmırdılar. Sərxan hədiyyə yağışına da tutulmuşdu.

Gizlincə öyrəndik ki, əksər şou əhli Sərxana parfümlər hədiyyə edib, Elvin Abdullayevdən başqa. Elvinin Sərxana bağışladığı brilliant qaşlı üzüyü görə bilməsək də qiymətinin necə deyərlər “babat” olduğundan xəbər tutduq. Mən bayaqdan deyəndə ki, Sərxan özünə toy çaldırır, inanmırdınız, baxın, üzüyü də var.

Hə, az qala yadımdan çıxmışdı, tədbirə Türkiyədən də təşrif buyurmuşdular. Özü də ödül vermək üçün. Belə ki, mərasimdə üç ünlü xanıma-Fəxriyyə Xələfova, xalq artisti Amaliya Pənahova və parapsixoloq Tamella xanıma Türk Cümhuriyyəti Birliyinin “Sevgi ödülü” təqdim olundu.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR